Siyasət

“Qaçqınkom”un strukturuna dəyişiklik edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna dəyişiklik edilib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Dəyişikliklə “Azərbaycan Respublikası Qaçqınların və […]

Siyasət

Qərbin “havasına oynayan” Ermənistan: Qafqazda yeni münaqişə ocağı yaradılır – ŞƏRH + FOTO

Son günlər Ermənistanla Azərbaycan arasında gərginlik artmaqdadır. Bu ölkənin Azərbaycanla şərti sərhədə qoşun yığması bölgədə yeni münaqişənin yaranma ehtimalını gücləndirir. Ermənistan ordusu artıq şərti sərhədin müxtəlif istiqamətlərində atəşkəsi pozmağa başlayıb. Təkcə ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub. Digər tərəfdən, Ermənistan durmadan silahlandırılır. Fransa, Hindistan, eləcə də İran […]

Siyasət

Xankəndidən Ermənistana gedən şəxsə niyə cinayət işi açıldı? – VİDEO

Xankəndidən iki nəfər Ermənistana aparılıb. Məlumata görə, onlar Sarkis Qalstyan və Marqarita Şahnazaryan adlı ər-arvaddırlar. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin sözçüsü İlahə Hüseynova Baku TV-yə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, komitə neytral humanitar təşkilat olaraq 29 mart tarixində iki nəfərin öz xahişi və aidiyyəti qurumların razılığı ilə Qarabağdan Ermənistana köçürülməsinə dəstək verib. Onu da […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: İrandan gələn ermənilər niyə Qarakilsədə məskunlaşdırıldı? – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin vandal xislətinin üzə çıxdığı, hayların bəd əməllərinin qurbanı olan Qarakilsə rayonu haqqında süjet hazırlanıb. Oxu.Az xəbər verir ki, “Qarakilsə niyə Sisavan və sonra Sisian adlandırıldı?” adlı süjetdə ermənilər və havadarları illər boyu Qərbi azərbaycanlıları öz yurdlarından qovub onları Ermənistan vətəndaşlığından məhrum etməsindən, türk dilində olan […]

Siyasət

Fransa üçün sülh anlayışı işğalçı Ermənistana dəstək deməkdir – ŞƏRH + FOTO

Azərbaycana qarşı qərəzi dövlət siyasətinə çevirən Emmanuel Makron Fransası riyakarlığını davam etdirir. Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne ABŞ Dövlət katibi Antoni Blinken ilə mətbuat konfransında Azərbaycanla bağlı növbəti dəfə qərəzli mövqe sərgiləyib. Nazirin səsləndirdiyi iddialar onu deməyə əsas verir ki, Fransa bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq […]

Siyasət

İranda Azərbaycanı hədəf kimi görənlər – VİDEO

Aprelin 1-də axşama doğru İsrail aviasiyası Suriyanın paytaxtındakı İran səfirliyi və konsulluğunun yerləşdiyi əraziyə altı raket zərbəsi endirib. Nəticədə İran konsulluğunun binası tamamilə dağılıb, azı 13 nəfər, o cümlədən yeddi İran hərbçisi həlak olub. Ölən hərbçilər içərisində “Sepah”ın iki generalı da var: bunlar “Sepah”ın “Qüds” qüvvələrinin Suriyadakı kontingentinin komandanı Məhəmmədrza Zahidi və onun müavini Məhəmmədhadi […]

Siyasət

Gürcü politoloqlar: “Brüssel görüşü bölgədə yeni gərginliyin əsasını qoyacaq” – FOTO

Gürcüstanın siyasi icmalçıları aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen arasında keçiriləcək üçtərəfli görüşü bölgə üçün yeni təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirirlər. Hərbi-siyasi ekspert Vaxtanq Maysaya “Report”a açıqlamasında bildirib ki, yalnız Ermənistanın baş naziri Nikol Paşinyanın tədbirə dəvət edilməsi normal hal […]

Siyasət

Üzrlü və üzrsüz deputatlar…

Bəzən Milli Məclisin iclaslarında deputatların hamısı iştirak etmir. Bunu deputatlar üçün təyin edilmiş yerlərdə bol qalan kreslolar da təsdiqləyir. Üstəlik, mətbuatda da dəfələrlə bir neçə deputatın iclaslarda iştirak etmədiyi barədə məlumatlar yayılıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, üzrlü səbəbdən Milli Məclisin iclasında iştirak edə bilməyən deputatlar bu barədə qabaqcadan Milli Məclisin Aparatına məlumat verməlidirlər. Başqa […]