manset Siyasət

Pompeo Qarabağ münaqişəsindən danışdı: “Alqışlayırıq”

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədlərindən biri olaraq Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsində nailiyyət əldə etmək üçün yüksək səviyyədə görüşlərin keçirilməsini, eləcə də xalqların sülhə hazırlanması və məhsuldar müzakirələrin aparılmasına şərait yaradılması üçün səyləri alqışlayır”. ABŞ-ın dövlət katibi Maykl Pompeo Ermənistanın müstəqillyinin 28-ci ildönümü ilə bağlı ölkə əhalisinə ünvanladığı müraciətdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə […]

manset Siyasət

İƏT-dən Azərbaycana dəstək – Baş katib Paşinyanın bəyanatını pislədi

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusef bin Ahmad Al-Otaimin Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu ilin avqustun 5-də səfər edərək orada səsləndirdiyi bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edən açıqlama ilə çıxış edib. Bu barədə XəbərAl.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib. Baş katib Ermənistan rəhbərliyinin bu bəyanatının və Azərbaycan Respublikasının […]

manset Siyasət

Məmmədyarov-Mnatsakanyan görüşünün yeri və vaxtı açıqlandı

Cari ilin 22 sentyabr tarixində Nyu York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəkdir. Bu barədə XəbərAl.az-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib. Ertəsi gün, 23 sentyabr tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

manset Siyasət

Çin parlamentinin sədri Bakıya gəldi

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Azərbaycana rəsmi səfərə gəlib. XəbərAl.az xəbər verir ki, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunu hava limanında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

manset Siyasət

Usubov prokuroru yanına apardı – Təyinat

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasında yeni təyinat olub. XəbərAl.az-ın əldə etdiyi məlumata görə, İldırım Vəliyev Təhlükəsizlik Şurasında baş məsləhətçi vəzifəsinə təyin edilib. Qeyd edək ki, İ.Vəliyev bu təyinatadək Baş Prokurorluğun Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində rəis müavini vəzifəsini tutub. President İlham […]

manset Siyasət

“Putinin qorxunc ssenarisi baş tuta bilər” – Sensasion müsahibə

“Hadisələr göstərir ki, Putin və Tramp arasında dünyanın yenidən bölüşdürülməsi uğrunda güclü oyun gedir. Putin və Tramp Çinlə Hindistanı bu oyundan kənarda saxlamaq üçün xalçaaltı siyasət yürüdürlər. Hesab edirəm ki, qloballaşma adı altında dünyanın yenidən böldüşdürülməsi prosesi gedəcək. Nəticədə Avropa və Asiya Rusiyada qalacaq, qalanların hamısını Amerikaya verəcəklər”. Politoloq Cümşüd Nuriyev belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini […]

manset Siyasət

İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul etdi – Foto/Yeniləndi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XəbərAl.az xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: -Xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. Siz artıq ilk dəfə deyil ki, bizim ölkəmizə gəlirsiniz. Sizin hər səfəriniz qarşılıqlı maraq doğuran məsələlər […]

manset Siyasət

Sabiq deputat YAP-dan qovuldu

Nazim Məmmədov YAP sıralarından uzaqlaşdırılıb və onun partiya ilə heç bir əlaqəsi yoxdur. XəbərAl.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidməti SİA-nın sorğusuna cavab olaraq deyib. Mətbuat xidmətindən qeyd edilib ki, keçmiş millət vəkili Nazim Məmmədov 2000-ci ildən YAP-ın üzvü olub. Lakin 2010-cu ilin parlament seçkilərində qeyri-etik davranışına və Partiyanın Nizamnamə […]