Siyasət

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib. APA xəbər verir ki, meriya mitinqin keçirilməsini məqbul saymayıb. Qeyd edilib ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 3155 ünvanında yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda, metronun “28 May” və “Nəriman Nərimanov” stansiyalarının qarşısındakı ərazilər əhalinin daha […]

Siyasət

Fransanın “səfir oyunu”: Paris forpost İrəvanla müstəqil Bakını səhv salır – ŞƏRH + FOTO

Fransa, daha doğrusu onun Prezidenti Emmanuel Makron hər vəchlə Azərbaycanla münasibətləri korlamağa çalışır. Az qala, bütün Yelisey sarayı ölkənin problemlərini bir kənara qoyaraq Ermənistanı və onun məsələlərini prioritet kimi götürüb. Afrikadakı keçmiş müstəmləkələrindən biabırcasına qovulan dövlət daxili və xarici problemlərin məngənəsində çabalasa da, nə hikmətdirsə, rəsmi Paris üçün ön sırada Ermənistan gəlir. Normal hökumətlər ölkəsində […]

Siyasət

Hikmət Hacıyev Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılmasını ŞƏRH ETDİ

“2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan […]

Siyasət

Fransanın Azərbaycana qarşı qərəzli siyasətinin daha bir sübutu – RƏY + FOTO

Milli Məclisin deputatı Soltan Məmmədov Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmasını onun Azərbaycana qarşı qərəzli siyasətini davam etdirdiyinə daha bir sübut olduğunu deyib. Deputat “Report”a açıqlamasında qeyd edib ki, Fransanın bu addımı iki ölkə arasında əlaqələrin daha ciddi zədələnməsi ilə nəticələnə bilər. “Fransanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu bu ölkənin beynəlxalq münasibətlər […]

Siyasət

Brüssel danışıqları: Ermənistanın Qərblə gizli danışıqları – SENSASİON FAKTLAR

Aprelin 3-də, yəni aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Ermənistan-Aİ-ABŞ formatında görüşdən düz iki gün əvvəl Caliber.Az-ın redaksiyasının diplomatik dairələrdəki mənbələrə istinadən xəbər verib ki, Brüsseldə Nikol Paşinyan, Ursula fon der Lyayen və Antoni Blinken İrəvanın Avro-Atlantik məkana inteqrasiyası məqsədilə siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı saziş imzalamaq niyyətindədirlər. Ən əsası isə bağlı qapılar arxasında təhlükəsizlik […]

Siyasət

Paris Bakıdakı səfiri niyə geri çağırdı? – TƏHLİL

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb. Fransa Xarici İşlər Nazirliyi səfirin geri çağırılması barədə təfərrüat açıqlamasa da, Parisin bu qərarının arxasında Azərbaycana qarşı siyasi xəttin dayandığı görünür. Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində həlledici hərbi-strateji qələbə qazandıqdan bəri Fransa regional siyasətini xeyli radikallaşdırıb. Parisin üzündən süni diplomatik təbəssümlər belə, yoxa çıxıb və […]

Siyasət

Filippin prezidenti İlham Əliyevi təbrik etdi

Filippin Respublikasının Prezidenti Ferdinand Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.  President.az xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Filippin hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi çatdırıram. Sülhün və sabitliyin qorunub saxlanılması, Azərbaycan dövləti və xalqı üçün daha çox […]

Siyasət

Lissabonda Azərbaycanın diplomatik ofisi açılacaq

“Lissabon şəhərində Azərbaycanın diplomatik ofisi açılacaq”. “Report”un məlumatına görə, bu barədə Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousaya təqdim edərkən danışıb. O bildirib ki, Azərbaycanın Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verir və tezliklə Lissabon şəhərində Azərbaycanın diplomatik ofisinin açılması nəzərdə tutulur. Xeberal.az

Siyasət

Nikol Paşinyan işğal altında olan Əskipara kəndinə gəlib

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Əskipara kəndinə yola düşüb. Paşinyan bu il artıq ikinci dəfədir ki, bu kəndə gedir. Onun kənd camaatı ilə əvvəlki görüşü rahat keçməyib. Qeyd edək ki, Nikol Paşinyan son mətbuat konfransında bu kəndlərin Ermənistana aid olmadığını bəyan edib. Mənbə: Ermənistan KİV Xeberal.az

Siyasət

Azərbaycandan Fransaya CAVAB: “Bütün zəruri tədbirlər görəcəyik”

“Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur”. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) Oxu.Az-a bildirilib. “Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli […]