Siyasət

Portuqaliyadakı forumda ƏƏSMN-in qurumlarına 12 beynəlxalq mükafat təqdim edilib – FOTO

Ölkəmizdə son illər aparılan sosial islahatların uğurları 160-dan artıq ölkənin 320-dən çox sosial təminat qurumunu özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən ən yüksək qiymətə layiq görülüb. Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, nazirliyin qurumları mötəbər beynəlxalq təşkilatlardan olan BSTA-nın 12 mükafatı ilə təltif olunub. […]

Siyasət

Bayden Trampı geridə qoydu

Yenidən ən yüksək dövlət postu uğrunda mübarizə aparan ABŞ-nin keçmiş prezidenti Donald Tramp ABŞ-li seçicilərin dəstəyi baxımından geridədir. O, ölkənin hazırkı rəhbəri Co Baydenə uduzur. Bunu “Echelon Insights” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri sübut edib. Seçicilərdən 2024-cü il prezident seçkisi bu gün keçirilsəydi, kimə səs verəcəklərini soruşduqda respondentlərin 49%-i Baydeni dəstəkləyəcəyini, 46%-i isə Trampın lehinə […]

Siyasət

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq – FOTO

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib. Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən (NK) məlumat verilib. Baş nazir iclası açaraq sərəncamdan irəli gələn tədbirlər, onların icrasının gedişi və qarşıda duran […]

Siyasət

Brüssel görüşünün TƏFƏRRÜATI: Ermənistanla bağlı təhlükəli plan – FOTO

Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ arasında aprelin 5-də keçirilən üçtərəfli görüşün təhlükəli təfərrüatları bəlli olmaqdadır. Xəbərlərə görə, Ermənistanın baş nazir Nikol Paşinyan bağlı qapılar arxasında Aİ və ABŞ-nin hərbi təhlükəsizliklə bağlı təqdim etdikləri pakta imza atıb. MDB məkanında təhlükəsizliklə bağlı presedent sayılan sənədlə bağlı təfərrüatlar Vaşinqton və Brüsselin riyakarlığını və yalanlarını təsdiqləyir. Halbuki, ABŞ dövlət katibi Antoni […]

Siyasət

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb – FOTO

Aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüşüb. Xarici İşlər Nazirliyindən (XİN) Oxu.Az-a verilən məlumatına görə, görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritet və planlarını, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər. Kayrat Sarıbay Azərbaycanın […]

Siyasət

Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”

“Hazırda Qarabağda sülhməramlılar lazım deyil”. Bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Aleksey Juravlyov “RİA Novosti”yə açıqlamasında Rusiya sülhməramlı kontingentinin Azərbaycandan vaxtından əvvəl çıxarılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda missiyasının başa çatdığını demək olar: “Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyillər, çünki Qarabağda qarşı-qarşıya olan […]

Siyasət

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə” […]

Siyasət

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.  Bununla bağlı President.az məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.  […]

Siyasət

Yeni Kaledoniya nümayəndə heyəti Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Bakıdakı ofisində olub – FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Bakıdakı ofisi ilə tanış olub. APA-nın məlumatına görə, əvvəlcə qonaqlara təşkilatın əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, o cümlədən qarşıya qoyulan məqsədlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sayca XVIII sammiti 24-25 […]

Siyasət

Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı – ŞƏRH

Rusiyanın Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin regiondan çıxarılması prosesinə başlanılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayılan məlumatları təsdiqləyib. Sülhməramlıların regionu 2024-cü ilin sentyabrına qədər tam tərk edəcəkləri gözlənilir.  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə AZƏRTAC-a açıqlamasında deyib ki, sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə Azərbaycan və […]