Siyasət

Azərbaycan XİN başçısının müavini Yunanıstanda COP29-la bağlı müzakirələr apardı

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev 10-12 apreldə Yunanıstanda işgüzar səfərdə olub. Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər zamanı nazir müavini IX Delfi İqtisadi Forumunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP) dair panel müzakirələrdə iştirak edib. Diqqətə çatdırılıb ki, F.Rzayev çıxışında 2024-cü ilin noyabr […]

Siyasət

Lavrov: “Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışır”

“ABŞ və onun satellitləri Ermənistan və Azərbaycanın Rusiyanın köməyi ilə əldə etdiyi razılaşmaların yerinə yetirilməsinə xələl gətirməyə çalışırlar”. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə MDB XİN başçıları Şurası iclasının yekunlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, kollektiv Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə […]

Siyasət

Medvedevin sensasion bəyanatı: “Crocus” terroru, ASALA və Yelisey sarayı…

Martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Hadisənin gedişatı isə hər kəsə məlumdur. Onlarla günahsız qurban, yaralılar… Təbii ki, bu cür rezonans doğuran hadisəni, terror aktını yalnız bu prizmadan qiymətləndirmək, radikal qrupların təşəbbüsü kimi görmək […]

Siyasət

Azərbaycan və Tacikistan XİN başçıları görüşüblər – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat paylaşılıb. During the working visit to the Republic of Belarus Minister of Foreign Affairs of #Azerbaijan @Bayramov_Jeyhun met with #SirojiddinMuhriddin, Foreign Minister of the Republic of Tajikistan. […]

Siyasət

Azərbaycan Ermənistandan təzminat tələb edir

Bu gün, 2024-cü il aprelin 12-də Haaqa Sülh Sarayında “Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən, dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib. Bu barədə Xarici İşlər Nazirliyindən Oxu.Az-a məlumat verilib. Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş […]

Siyasət

Hikmət Hacıyev Aİ Siyasi və Təhlükəsizlik Komitəsinin təmsilçiləri ilə müzakirələr aparıb – FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib. Bu barədə o, özünün “X” hesabında paylaşım edib. “Biz Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi ilə […]

Siyasət

Ermənistanın etirafı – Aİ monitorinq missiyasının sükutu – ŞƏRH + FOTO

Ermənistan Azərbaycanla şərti sərhədi pozduğunu yenə etiraf edib Aprelin 10-da, saat 15:20 radələrində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən iki nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi […]

Siyasət

Bu gün Hərbi Qənimətlər Parkının açılışının üçüncü ildönümüdür – FOTO

Bu gün Hərbi Qənimətlər Parkının açılışının üçüncü ildönümüdür. Oxu.Az xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da […]

Siyasət

Azərbaycan və Belarus XİN başçıları görüşüblər – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində belaruslu həmkarı Sergey Aleynik (Sergei Aleinik) ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. Bildirilib ki, görüş çərçivəsində nazirlər ikitərəfli gündəlikdə duran məsələlərin geniş spektrini müzakirə ediblər, həmçinin Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində sahələri nəzərdən keçiriblər. During […]

Siyasət

Şəhid kəşfiyyatçının anası: “Onlar olmasaydı, Vətənimiz əldən gedərdi”

“Şəhidlərimiz olmasaydı, Vətənimiz əldən gedərdi”. Bunu “Report”un Xocavənd rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda şəhid olan Anar Rzayevin anası Siyafət Rzayeva deyib. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti, şəhidlərin və qazilərin canı, qanı bahasına 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıldığını bildirib: “Məhz həmin qələbənin sayəsində övladlarımızın şəhidliyə ucaldığı yerləri ziyarət edirik. Şəhidlərin hamısı […]