Siyasət

İkitərəfli əlaqələrin genişləndirilməsində mühüm addımlar

  Prezident İlham Əliyevin cari ilin 11 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda vurğulanır ki, Qazaxıstan-Azərbaycan münasibətlərində iri infrastruktur layihələrinin həyata keçirilməsi məsələsində mühüm mərhələ başlayıb. Odur ki, Tokayevin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək. Qazaxıstanın təbii müttəfiqi və türk dünyasının əsas ölkələrindən biri […]

Siyasət

Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili martın 14-də Azərbaycana səfər edəcək. AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir. Bundan başqa, İ.Darçiaşvilinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub. Xeberal.az

Siyasət

Rasim Musabəyov Ermənistan hökumətinin suveren ərazilərlə bağlı bəyanatlarına münasibət bildirib – VİDEO

Ermənistan hökuməti bəyan etdi ki, de-yure Ermənistan ərazisi Ermənistan Respublikasının, Azərbaycan ərazisi isə Azərbaycan Respublikasının idarəsi və nəzarəti altında olmalıdır. Bu kontekstdə Tavuş vilayətinə bitişik ən problemli ərazilər də qeyd edilir, eyni zamanda ələ keçirilən anklavlarla bağlı bu məsələlərin sonradan nəzərdən keçirilməsinin məqbul yanaşma olduğu bildirilir. Ermənistan Nazirlər Kabineti martın 12-də keçirilən brifinqdə Paşinyanın bəyanatlarına […]

Siyasət

İcma Avroparlamentin növbəti anti-Azərbaycan qətnaməsini sərt şəkildə qınayır

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin irqçi yanaşmadan çıxış edərək bu gün qəbul etdiyi, regionda gərginliyi artırmaq məqsədi güdən növbəti anti-Azərbaycan qətnaməsini sərt şəkildə qınayır. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub. Bəyanatda bildirilib ki, Avropa Parlamentində oturan neo-səlibçilər Ermənistanı hərbiləşdirməyə çağırmış və əsassız iddialarla Azərbaycana böhtan atıblar. Əslində müəyyən dairələrin əlində alət olan korrupsioner, […]

Siyasət

Ərdoğanın mühafizə dəstəsi qəzaya düşdü: Ölən və yaralananlar var – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə dəstəsi Şırnak vialyətinin İdil rayonunda avtomobil qəzası keçirib. İlkin məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, ikisi polis olmaqla üç nəfər yaralanıb. Prezident Ərdoğan Mardində çıxışı zamanı “Şırnakda qəza keçirən polis məmurumuz Fırat Dereyə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”, – deyə bildirib. Mənbə: Haber Global Xeberal.az

Siyasət

Qazaxda Gürcüstan səfirliyinə məxsus avtomobil aşıb, xəsarət alanlar var

Qazax rayonunda Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşı qəzaya düşüb. “Report”un məlumatına görə, “Lexsus” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Ermənistan Təhlükəsizlik Şurasının katibi ABŞ nümayəndəsi ilə İrəvan-Bakı danışıqlarını müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamenti rəhbərinin Qafqazda nizamlanma üzrə baş müşaviri Lui Bono ilə Ermənistan-Azərbaycan danışıqları prosesini müzakirə edib. Bu barədə Təhlükəsizlik Şurasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə fikir mübadiləsi aparıblar. Mənbə: TASS Xeberal.az

Siyasət

Fransa tarixinin qorxaq və aciz prezidenti: Makronun “titulları” sürətlə artır – ŞƏRH + FOTO

Yarıtmaz daxili və xarici siyasəti, qalmaqalları, bütövlükdə əməlləri ilə bir ölkəyə rəhbərlik etməyə layiq olmadığını təsdiqləyən Prezident Emmanuel Makron Fransa tarixinə qalmaqallı dövlət başçısı kimi düşəcək. Onun rəhbərlik dövrünü təhlil etdikdə, bacarıqsızlığından əlavə, ümumiyyətlə, bir siyasətçi və dövlət başçısı kimi yarıtmazlığı üzə çıxır. Əvvəla, hakimiyyətdə olduğu müddətdə ölkə bir neçə irimiqyaslı böhran yaşayıb. “Sarı jiletlilər”in […]

Siyasət

Rusiya XİN rəsmisi Ermənistanın KTMT-yə qarşı ritorikasını təhqiramiz adlandırdı – VİDEO

“Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı ultimatum və təhqiramiz ritorikasından narahatdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova News.ru-nun müxbirinin sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, İrəvanın səmərəsiz bəyanatları Ermənistan cəmiyyətinin şüuruna yeridilib. “Bu gün Ermənistan rəhbərliyinin KTMT mövzusuna dair bəyanatlarında üstünlük təşkil edən və erməni cəmiyyətinin şüuruna sözün əsl mənasında yeridilmiş səmərəsiz, […]