Siyasət

Prezident: “Həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var”

“Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır”. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib. Artıq bu kanalın Şirvan kanalı adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: […]

Siyasət

Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı

Aprelin 3-də Nikol Paşinyanın Antoni Blinken və Ursula fon der Lyayenlə görüşündən iki gün əvvəl sensasion hərbi-siyasi gündəmlə xarakterizə olunan “Brüsseldəki toplantı” ilk baxışdan kifayət qədər “təvazökar” nəticə ilə başa çatdı. Həmin vaxt bir çox insanda məntiqi sual yarandı: Ermənistana bir neçə yüz milyon dollarlıq iqtisadi yardım edildi, doğrudanmı, gərgin iş qrafikini nəzərə alındıqda Blinkenin Vaşinqtondan Brüsselə uçması belə […]

Siyasət

Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi

Qərbi Azərbaycan İcması bəyanat yayıb. Oxu.Az həmin bəyanatı təqdim edir: “Son dövrlər “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu” adlı qurum davamlı olaraq Azərbaycanı hədəfə almaqdadır: “Ermənistanda bir nəfər də azərbaycanlının qalmamasını, bu dövlətin Azərbaycan ərazisini işğal edib orada törətdiyi çoxsaylı soyqırımı aktlarını görməzdən gələn bu kontorun fəaliyyəti demək olar ki, ancaq və ancaq Azərbaycana qara yaxmaqdan […]

Siyasət

Azərbaycan Nyu-Yorkda yüksəksəviyyəli gənclər forumunda təmsil olunacaq

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov BMT-nin İqtisadi və Sosial Şurasının (UN ECOSOC) Nyu-Yorkda keçiriləcək Yüksəksəviyyəli Gənclər Forumunda iştirak edəcək. “Report”un ABŞ bürosu xəbər verir ki, nazir forum çərçivəsində aprelin 18-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin BMT yanında daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “COP28-dən COP29-a: Gənclər İqlim Dəyişikliyinə […]

Siyasət

Meksika mətbuatı: “Qərb Cənubi Qafqazı Ermənistan vasitəsilə parçalayır”

Meksikanın geniş oxucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssisələrindən olan UNAM (“Universidad Nacional Autonoma de Mexico”) Universitetinin professoru Talya İşcanın müəllifliyi ilə Qərbin Cənubi Qafqazı qarşıdurma və toqquşmalar üçün yeni platformaya çevirmək niyyətinə dair “Dananlara və gətirdikləri hədiyyələrə etibar etməyin” (“Teman a los dánaos y a los regalos que traen”) başlıqlı, […]

Siyasət

Serbiya baş nazirinin birinci müavini: “Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm veririk” – FOTO

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Facebook” səhifəsində paylaşım edilib. Telefon danışığı zamanı nazirlər Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyətini və perspektivlərini, eləcə də çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini […]

Siyasət

Ermənilərin Xocalıda dağıtdıqları qəbiristanlıq bərpa edilir – VİDEO

Ermənilərin Xocalıda dağıtdıqları qəbiristanlıq bərpa edilir.  Hazırda ərazidə təmizlik və bərpa işləri aparılır. Qeyd edək ki, 1992-ci ildə Xocalının işğalı zamanı 150 nəfər soydaşımız itkin düşüb. Bu yaxınlarda tapılan kütləvi məzarlıqda həmin itkin düşmüş şəxslərdən bəzilərinin qalıqları aşkarlanıb. Şəxsiyyətləri dəqiqləşdirilən yeddi nəfərin nəşinin qalıqları Xocalı qəbiristanlığında dəfn edilib. Ətraflı “İTV Xəbər”in süjetində: Xeberal.az

Siyasət

Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” – VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi araşdırmaçı jurnalist, publisist Səyyad Ağbabalı olub. O, doğulub boya-başa çatdığı Ağbaba mahalından, İlanlı – Çaybasar kəndindən söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycanda əsirlikdə qalan, yandırılan, dağıdılan yüzlərlə yaşayış məntəqəsinin sakinləri kimi, onun üçün də doğma kənddə keçirdiyi günlər əzizdir, unudulmaz […]