Siyasət

Prezident: “Fransa müsəlmanlara qarşı açıq-aşkar diskriminasiya siyasəti yürüdür”

“Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir”. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda əksini tapıb. Dövlətimizin başçısı vurğulayıb ki, bu ölkə “dünyəvilik” adı […]

Siyasət

Prezident: “İslamofobiya bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir”

“Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib. Qeyd olunub ki, son bir ildə dünyada baş vermiş bütün […]

Siyasət

Prezident İlham Əliyev: “Dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır”

“Təəssüflər olsun ki, dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır”. AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb. “İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya […]

Siyasət

İlham Əliyev islamofobiya ilə mübarizə mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC xəbər verir ki, müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub. Xeberal.az

Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva qadınları təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib. Paylaşımı təqdim edirik:         Посмотреть эту публикацию в Instagram                       Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)   Xeberal.az

Siyasət

Qərbi Azərbaycan Xronikası: Bəstəkar Səid Rüstəmovu İrəvandan köçməyə məcbur etdilər – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Qardaşı qətlə, bacısı təcavüzə məruz qalan bəstəkarın qaçqınlıq həyatı” adlı süjet hazırlanıb. Oxu.Az xəbər verir ki, verilişdə qədim İrəvanın Azərbaycan musiqi sənətinə verdiyi ən dəyərli simalardan biri, Xalq artisti, Dövlət mükafatı laureatı, bəstəkar Səid Rüstəmovun İrəvandan məcburi köçməsindən bəhs olunur. Bildirilib ki, 1907-ci il mayın 12-də […]

Siyasət

Zakir Həsənov: “Türkiyə ilə digər sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də əməkdaşlıq vacibdir” – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində qardaş ölkənin Milli Müdafiə Universitetini ziyarət edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Müdafiə naziri fəxri qarovulun önündən keçib, universitetin xatirə kitabına ürək sözlərini yazıb. Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu Azərbaycan nümayəndə heyətini salamlayaraq onlara […]

Siyasət

DYP Xankəndidə xidmətə başlayıb – FOTO

Xankəndi şəhərində Dövlət Yol Polisi (DYP) əməkdaşları xidmətə başlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. “Şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir. Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq”, – E.Hacıyev qeyd edib. Xeberal.az

Siyasət

Hakan Fidan Baydenin müşaviri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

“Azərbaycan-Ermənistan sülh prosesində əldə ediləcək irəliləyiş Qafqazın çiçəklənməsi üçün həlledici olacaq”. Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidanın Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşündə bildirilib. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinə normallaşması barədə müzakirələr aparılıb. Tərəflər, həmçinin Rusiya-Ukrayna müharibəsi və Qəzzada atəşkəslə bağlı fikir mübadiləsi aparıblar. Qəzzada ən qısa zamanda atəşkəsin elan […]

Siyasət

Nazir müavini: “Ermənistanın ölkəmizə vurduğu ziyanlar qiymətləndirilir” – VİDEO

“Ermənistanın torpaqlarımızı işğalı nəticəsində ölkəmizə dəyən zərərin qiymətləndirilməsi çox mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib. “Burada iki istiqamət var: ölkə daxilində və beynəlxalq səviyyədə qiymətləndirmə. Bu, çox ciddi məsələdir”, – deyə S.Ələkbərov bildirib. O əlavə edib ki, […]