Siyasət

Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”

“Avropada təbii qaza – yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu rəqəm 12 milyarda çatıb. Biz əlavə sərmayə qoyuruq, əlavə vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək”. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da […]

Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında səsləndirib. Bu ölkələrin əldə […]

Siyasət

Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq – ŞƏRH + FOTO

Avropa Parlamenti (AP) Azərbaycana qarşı daha bir sənəd qəbul etməklə qərəzli olduğunu növbəti dəfə ortaya qoydu, özünü ifşa etdi. Avropanın qanunverici orqanı aprelin 25-də çıxardığı qətnamədə tərəfdaşlarını Azərbaycanla energetika sahəsində əməkdaşlığı dayandırmağa, rəsmi Bakı ilə yeni müqavilələri imzalamamağa çağırıb. İnsan hüquqlarının qorunması demokratiyanın vacib prinsiplərindəndir. Ancaq ondan başqa dövlətlərə qarşı alət kimi sui-istifadə cəhdləri demokratik […]

Siyasət

Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”

“Biz rasizm məsələsinə çox ciddi yanaşırıq və bunun qarşısının alınması üçün əlimizdən gələni edirik”. “Report” xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Almaniyada dini fərqlilik heç bir rol oynamır və bir çox millətlərin nümayəndələri bu […]

Siyasət

Azərbaycan parlaq gələcəyini inamla qurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun mətbuata verdikləri bəyanatda gələcək əməkdaşlıq məsələlərinə diqqət yetirildi. Prezident İlham Əliyev bildirdi ki, qardaş ölkənin dövlət başçısının Azərbaycana səfəri ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək. Ölkələrarası münasibətlərin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edən və imzalanan sənədlərin hər birinin böyük əhəmiyyətə malik olduğunu […]

Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib. Kansler Olaf Şoltsun dəvəti ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladan dövlətimizin başçısı bildirib:  “Növbəti görüş Qazaxıstanda planlaşdırılacaq […]

Siyasət

Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”

“Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib. Bu ilin sonuna qədər 20 min məcburi köçkünün doğma yurduna qayıdacağını bildirən […]

Siyasət

İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI

“Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında söyləyib. Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin bu gün səhər fəaliyyətini […]

Siyasət

İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı deyib:  “Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-un ev sahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın […]

Siyasət

Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”

“Münaqişələr ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz”. “Report” xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib. “Almaniya hər iki ölkəni lazımi kompromislər üçün dəstəkləməyə hazırdır. Demarkasiya ilə bağlı ilkin […]