Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni – 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi dedikdə daşınar əmlakın satılmasına, qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlakın icarəyə və ya idarəetməyə verilməsinə […]

Siyasət

Üzərinə həbs qoyulmuş əmlakın satılması və idarəetməyə verilməsi qaydaları hazırlanacaq

Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları hazırlanacaq. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb. Nazirlər Kabineti üç ay müddətində üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə […]

Siyasət

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH + FOTO

Hər ilin 24 aprel tarixi ermənilər üçün xüsusi bir gün sayılır. Həm Ermənistanda, həm də digər ölkələrdə yaşayan haylar 24 aprel tarixini vay-şivən, ah-zarla keçirərək uydurulmuş soyqırımını qeyd edirlər. Ulu babaları sərgərdan qaraçı olan və Cənubi Qafqaza, əsasən, XVIII əsrdə zorla yerləşən bu xalqın nümayəndələri işlərini o qədər ustalıqla icra edirlər ki, bir neçə ölkə […]

Siyasət

Fransanın “sınanmış” ssenarisi, Ermənistanın Cibutiyə “çevrilmək” həvəsi – ŞƏRH + FOTO

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən və Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi bir günlük antiterror tədbirlərindən sonra Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunması üçün unikal şərait yaranıb. Ermənistanın Azərbaycanın uzatdığı sülh əlini tutması kifayətdir ki, bölgədə təhlükəsizlik tam təmin olunsun. Amma İrəvan bu xətti dəyişməkdənsə, pozucu mövqeyini davam etdirməyə üstünlük verir. İrəvanın […]

Siyasət

20 min manat borca görə qəssab həbs edildi

Abşeron rayonunda xeyli miqdarda borcunu ödəməkdən boyun qaçıran qəssab həbs edilib. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl Mehdiabad qəsəbəsində yerləşən “Daşkəsən” ət məhsulları mağazasını işlədən 1974-cü il təvəllüdlü Nazim Əliyev (şərti ad) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Şikayətçi Daşkəsən rayonu ərazisində Nazimə 15 ədəd iribuynuzlu heyvan verdiyini, onun ətin satışından sonra ödəməli olduğu […]

Siyasət

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib. “Report”un xəbərinə görə, Milli Məclisin bugünkü plenar iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihədə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb […]

Siyasət

Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə – VİDEO

Gözlədiyimiz kimi, aprelin 5-də Belçikanın paytaxtında Ermənistan-ABŞ-Aİ formatında baş tutan üçtərəfli görüşün müqəddiməsi deyil, son sözü intriqalarla dolu oldu. Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan süjetdə deyilir. Müəllif xatırladıb ki, görüş ərəfəsində, yəqin ki, Azərbaycanın artan sayıqlığını və yüksək müşahidə-analitik resurslarının səfərbərliyini hiss edən ABŞ-nin Dövlət katibi Antoni Blinken, ardınca da Avropa Komissiyasının rəhbəri […]

Siyasət

Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda – VİDEO

Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər. News.az-ın əldə etdiyi videoda Rusiya sülhməramlılarının hərbi texnikasının ilk partiyasının, o cümlədən “24 BTR-82A” zirehli transportyorunun Goran dəmir yolu stansiyası vasitəsilə Azərbaycan ərazisindən çıxarıldığı görünür. Qeyd olunur ki, hərbi texnika Azərbaycanın “Yalama” sərhəd məntəqəsindən Rusiyaya aparılır.   Xeberal.az

Siyasət

Türk Dil Qurumunun sədri: “Türk dünyasının Ortaq Termin Birliyi yaradılacaq”

“Türk dünyasının Ortaq Termin Birliyi yaradılacaq”. Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türk Dil Qurumunun sədri, professor Osman Mert bildirib. O deyib ki, keçən həftə türk dövlətlərindən olan təmsilçilərin daxil olduğu komissiya formalaşdırılıb və bu komissiya vasitəsilə bütün elm sahələrinə aid terminlərin müəyyən edilməsinə başlanılıb: “Nəticələrdən yola çıxaraq Türk dünyasının Ortaq Termin Birliyini yaratmağa çalışacağıq. Bu […]