Siyasət

Qərbi Azərbaycan İcması: “G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir”

“Yeddilər qrupu” (G7) ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin 17-19 aprelin 2024-cü il tarixlərində İtaliyanın Kapri adasında keçirilmiş görüşünün yekununda verilmiş bəyanatda “qaçqınların” qayıdış hüququnun təmin edilməsi ilə bağlı Azərbaycana çağırış edilsə də, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi ilə bağlı bu ölkəyə oxşar çağırış edilməyib. Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının […]

Siyasət

Ermənistanla delimitasiya danışıqları müsbət nəticələndi, kəndlərin qaytarılmasına nail olundu – RƏY + FOTO

“Azərbaycan və Ermənistan arasında uzun müddətdir aparılan delimitasiya danışıqları müsbət nəticələndi və kəndlərin qaytarılmasına nail olundu”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Qazax rayonunun erməni işğalında olan dörd kəndinin Azərbaycana qaytarılması haqqında danışarkən deyib. O qeyd edib ki, sərhədlərin delimitasiya komissiyasının danışıqları nəticəsində əldə olunan razılıqlar mərhələli şəkildə həyata keçiriləcək: “Yəni ortada razılaşma varsa, […]

Siyasət

Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi – VİDEO

“Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağdan çıxması Azərbaycanın işğaldan azad edilən torpaqlarda tez bir zamanda səliqə-sahman yaratması ilə bağlıdır”. Bunu rusiyalı hərbi ekspert Yevgeni Mixaylov verilən qərarı şərh edərkən bildirib. O əlavə edib ki, sülhməramlıların bölgədən çıxarılması qərarı Rusiya və Azərbaycan hakimiyyətləri arasında mövcud olan etimadın göstəricisidir: “Sülhməramlılar öz öhdəliklərini yetərincə icra ediblər. Bu müddət […]

Siyasət

Azərbaycan bütün bağlı qapıları bir-bir açaraq ərazi bütövlüyünü, suverenliyini təmin edir – RƏY + FOTO

“Azərbaycan bütün bağlı qapıları bir-bir açaraq ərazi bütövlüyünü, suverenliyini təmin edir”. Bununla bağlı “Report”a Milli Məclisin deputatı Kamal Cəfərov Qazax rayonunun erməni işğalında olan dörd kəndinin Azərbaycana qaytarılması haqqında danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı ölkənin suverenliyini əbədi və geri dönməz naxışlarla ilmə-ilmə toxuyan rəhbəri ilə fəxr edir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevə eşq […]

Siyasət

Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb – FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdelvahab Osmanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, C.Bayramov ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan və Əlcəzair arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Abdelvahab Osmana təşəkkür […]

Siyasət

Fuad Hüseynəliyev: “Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”

“Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”. Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Baku TV”nin “Aktual” verilişində deyib. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində artıq heç bir işi qalmayıb: “Burada rusiyalı əsgərlərin qalmasının heç bir mənası, məramı da yoxdur. Onlar bir müddət əvvəl minatəmizləmə işlərinə kömək etməyə başlamışdılar, lakin hesab edirəm ki, məhz bunun […]

Siyasət

İtaliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub. […]

Siyasət

Azərbaycan-Fransa: Proses hara gedir? – TƏHLİL

Fransa Cənubi Qafqazda öz məntiqinə uyğun regional konfiqurasiya qurmaq istədikcə onun Azərbaycanla münasibətləri gərginləşir. Görünür ki, Azərbaycanda Fransanın regional münaqişənin güclənməsini istədiyinə dair kəşfiyyat məlumatları əsasında qənaətlər çoxluq təşkil edir. Fransanın Azərbaycandakı səfiri Ann Buayonu geri çağırmasından sonra iki ölkə arasında müşahidə edilən qarşılıqlı ittiham ritorikası bu vəziyyəti yaxşı təsvir edir. Bu tempin davam etdiyi […]

Siyasət

Dörd kənd qayıdır, digər dördünə yol açılır – ŞƏRH

Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında razılıq əldə edilib. Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrdə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış […]

Siyasət

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Razılaşdırılıb ki, […]