Siyasət

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisasi üzrə bitirib, əmək fəaliyyətinə “Bakı Banklararası Valyuta Birjası” QSC-də başlayıb, sonradan bir sıra kommersiya banklarında çalışıb, 1999-2004-cü illərdə o vaxtlı […]

Siyasət

Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR – VİDEO

İşğaldan azad olunan ərazilərin yenidən qurulma işləri davam edir. Xocavənd və Ağdam şəhərində yaşayış binaları tikilir, bərpa-quruculuq işləri aparılır. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. “ATV Xəbər” mövzu ilə bağlı süjet hazırlayıb. Yenidən qurulan Qarabağdan son görüntüləri təqdim edirik: Xeberal.az

Siyasət

Başlıbel qətliamından 31 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür. Oxu.Az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür. 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər 9 nəfəri qətlə […]

Siyasət

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub – FOTO

Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Heydər Əliyev Mərkəzində olub. AZƏRTAC xəbər verir ki, qonaqlara dünya memarlığının nadir incilərindən sayılan mərkəz haqqında məlumat verilib. Qeyd olunub ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq […]

Siyasət

Portuqaliyadakı forumda ƏƏSMN-in qurumlarına 12 beynəlxalq mükafat təqdim edilib – FOTO

Ölkəmizdə son illər aparılan sosial islahatların uğurları 160-dan artıq ölkənin 320-dən çox sosial təminat qurumunu özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən ən yüksək qiymətə layiq görülüb. Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, nazirliyin qurumları mötəbər beynəlxalq təşkilatlardan olan BSTA-nın 12 mükafatı ilə təltif olunub. […]

Siyasət

Bayden Trampı geridə qoydu

Yenidən ən yüksək dövlət postu uğrunda mübarizə aparan ABŞ-nin keçmiş prezidenti Donald Tramp ABŞ-li seçicilərin dəstəyi baxımından geridədir. O, ölkənin hazırkı rəhbəri Co Baydenə uduzur. Bunu “Echelon Insights” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri sübut edib. Seçicilərdən 2024-cü il prezident seçkisi bu gün keçirilsəydi, kimə səs verəcəklərini soruşduqda respondentlərin 49%-i Baydeni dəstəkləyəcəyini, 46%-i isə Trampın lehinə […]

Siyasət

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq – FOTO

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib. Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən (NK) məlumat verilib. Baş nazir iclası açaraq sərəncamdan irəli gələn tədbirlər, onların icrasının gedişi və qarşıda duran […]

Siyasət

Brüssel görüşünün TƏFƏRRÜATI: Ermənistanla bağlı təhlükəli plan – FOTO

Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ arasında aprelin 5-də keçirilən üçtərəfli görüşün təhlükəli təfərrüatları bəlli olmaqdadır. Xəbərlərə görə, Ermənistanın baş nazir Nikol Paşinyan bağlı qapılar arxasında Aİ və ABŞ-nin hərbi təhlükəsizliklə bağlı təqdim etdikləri pakta imza atıb. MDB məkanında təhlükəsizliklə bağlı presedent sayılan sənədlə bağlı təfərrüatlar Vaşinqton və Brüsselin riyakarlığını və yalanlarını təsdiqləyir. Halbuki, ABŞ dövlət katibi Antoni […]

Siyasət

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb – FOTO

Aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüşüb. Xarici İşlər Nazirliyindən (XİN) Oxu.Az-a verilən məlumatına görə, görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritet və planlarını, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər. Kayrat Sarıbay Azərbaycanın […]

Siyasət

Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”

“Hazırda Qarabağda sülhməramlılar lazım deyil”. Bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Aleksey Juravlyov “RİA Novosti”yə açıqlamasında Rusiya sülhməramlı kontingentinin Azərbaycandan vaxtından əvvəl çıxarılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda missiyasının başa çatdığını demək olar: “Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyillər, çünki Qarabağda qarşı-qarşıya olan […]