Siyasət

Zaxarova: “Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür”

“Belə görünür ki, Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür”. Oxu.Az-ın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Rusiyanın hələ 2020-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı barədə Ermənistan mediasında yayılan məlumatları şərh edərkən bildirib. O, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol […]

Siyasət

Ermənistan Azərbaycandan qaz almaq istəyir: Alen Simonyan müzakirələrə hazır olduqlarını bildirdi

“Ermənistan Azərbaycandan qaz alışı məsələsini müzakirə etməyə hazırdır”. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə çıxışı zamanı bildirib. “Əgər Ermənistan Azərbaycandan qaz alarsa, bunu müsbət hal kimi qiymətləndirirəm. Biz bu məsələni müzakirə etməliyik”, – deyə o bildirib. Mənbə: TASS Xeberal.az

Siyasət

Ermənistan daimi sülh üçün özündə güc tapıb real addımlar atmalıdır – RƏY + FOTO

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda yeni reallıqlar yaradıb. Ötən müddət ərzində cərəyan edən proseslər isə regionun sabit inkişafının bu reallıqlardan kənarda mümkün olmadığını sübut edib. Ermənistan hakimiyyəti Qazaxın 4 kəndi məsələsində olduğu kimi, daimi sülhün olması üçün də özündə güc tapıb, real addımlar atmalıdır”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. […]

Siyasət

Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” – VİDEO

“Qarabağa qayıtmaq həmişə xoşdur”. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb: “Füzuli tam şəkildə yenidən qurulur və yeni şəhər Ermənistanın 30 ildir davam edən işğalının xarabalıqları içindən yenidən ucalır”. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və […]

Siyasət

“Wizz Air” şirkəti Azərbaycana uçuşlarını artıra bilər

“Macarıstanın “Wizz Air” şirkətinin Azərbaycana uçuşlarının artırılması üçün imkanlar var”. “Report” xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanla Macarıstan arasında həftədə üç dəfə uçuşlar həyata keçirir. Nazir müavini bildirib ki, Azərbaycan son 20 ildə nəqliyyat infrastrukturuna […]

Siyasət

Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasının yekunlarına dair protokol imzalanıb – FOTO

Azərbaycan-Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasının yekunlarına dair protokol imzalanıb. “Report” xəbər verir ki, sənədi komissiyanın Macarıstan tərəfindən həmsədri, xarici işlər və ticarət naziri Peter Siyarto və Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev imzalayıblar. S.Babayev vurğulayıb ki, Azərbaycan-Macarıstan əməkdaşlığı ən yüksək səviyyədir: ”Bunu biz bütün sahələrdə […]

Siyasət

Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir

Azərbaycanla Ermənistan arasında şərti sərhədin Qazax istiqamətində delimitasiya prosesi davam edir. Ermənistan KİV-də yer alan məlumata görə, artıq Kirants istiqamətində hərəkətlilik müşahidə olunur.  Belə ki, Kirants kəndi yaxınlığında yerləşən körpünün minalardan təmizlənməsi işlərinə start verilir. Erməni sakinlər körpünün Azərbaycana təhvil veriləcəyini iddia edirlər. Xatırladaq ki, daha əvvəl Ermənistan tərəfi Voskepar istiqamətində Müqəddəs Məryəm kilsəsinə bitişik ərazilərin […]