Siyasət

Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib. Bildirilib ki, tərəflər Azərbaycan və Oman arasında əlaqələrin inkişafı ilə bağlı hər iki ölkənin insanlarına fayda verəcək bir sıra mühüm məsələləri – ticarət və investisiya, təhsil və mədəniyyət, bərpa olunan enerji və […]

Siyasət

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı qayda təsdiqlənəcək

Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi qaydası təsdiqlənəcək. AZƏRTAC-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun […]

Siyasət

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti ilə bağlı açıqlama verdi

“Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün hazırlıq işləri aparılır”. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani aprelin 15-də keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Azərbaycanın Tehranda diplomatik fəaliyyətini bərpa etmək üçün ilk müsbət addımlar atılıb, xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb. O qeyd edib ki, bu yaxınlarda Azərbaycanın diplomatik nümayəndə heyəti hazırlıq işləri aparmaq […]

Siyasət

Nazir müavini: “Ermənistan mövcud mübahisələri həll etmək üçün Azərbaycanla danışıqlara getmədi”

“Ermənistan mövcud mübahisələri həll etmək üçün Azərbaycanla danışıqlara getmədi və məhdud səviyyədə həyata keçirilən müzakirələri davam etdirə bilmədi”. “Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi (Ermənistan Azərbaycana qarşı) üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə keçirilən ictimai […]

Siyasət

Prezident İlham Əliyev Slovakiyanın yeni dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Peter Pelleqriyə təbrik məktubu göndərib. President.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Slovakiya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Slovakiya ilə dostluq əlaqələrimizin inkişafı bizim üçün böyük önəm kəsb edir. Hazırda Azərbaycan-Slovakiya əməkdaşlığının müxtəlif sahələrdə yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. […]

Siyasət

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Aprel ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər. “Report” xəbər verir ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb. BQXK mandatına uyğun olaraq, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin, şəxslərin ailələri ilə […]

Siyasət

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Prezident İlham Əliyev “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamda deyilir: “Ölkəmizin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir, […]

Siyasət

Ceyhun Bayramov ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda keçirilən “Mərkəzi Asiya – Körfəz Əməkdaşlıq Şurası” Strateji Dialoq Toplantısında ilk dəfə olaraq fəxri qonaq qismində iştirak edir. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X”də yazıb. “Ölkələrimiz arasında çox işlər görülüb və bundan da çoxu baş tutacaq”, – o qeyd edib. […]

Siyasət

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə ilkin dinləmələr keçiriləcək – FOTO

Bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində (Ermənistan Azərbaycana qarşı) İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) (Ermənistan Azərbaycana qarşı) müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X”də yazıb. O bildirib ki, Azərbaycan nümayəndə heyətinə […]

Siyasət

Tokayev İrəvana səfər edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edib. Kasım-Jomart Tokayevi “Zvartnots” hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqroyan qarşılayıb. Səfər çərçivəsində Qazaxıstan prezidenti Ermənistan baş naziri Nikol Paşinyanla, prezident Vaaqn Xaçaturyanla və parlamentin spikeri Alen Simonyanla görüş keçirəcək. Mənbə: Sputnik Qazaxıstan Xeberal.az