Sənaye və energetika

Azərbaycan və Britaniya bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Respublikası Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru və enerji məsələləri üzrə regional rəhbəri Joel Derbyshire arasında onlayn görüş keçirilib. Energetika Nazirliyindən verilən məlumata görə, Z. Məmmədov tarixi qələbəmizin və işğal altında olan torpaqlarımızın azad olunmasının ərazi bütövlüyümüzü bərpa etməklə yanaşı, enerji layihələrimizin də təhlükəsizliyini daha etibarlı təmin edəcəyini qeyd edib. […]

Sənaye və energetika

Azərbaycanda benzin istehsalı artıb – FOTO

Azərbaycanda yanvar-oktyabr aylarında 2 milyard 520,5 milyon manat dəyərində neft məhsulları istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,2 faiz azdır. Ölkədə 2020-ci ilin 10 ayı ərzində 957,8 min ton avtomobil benzini, 1693,9 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 1,1 faiz artıb, dizel yanacağının […]

Sənaye və energetika

“Azeri Light” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Qlobal “Oil Price” portalının verdiyi məlumata əsasən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar və ya 1,28 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 44,88 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək 15,81 dollar, 2008-ci ilin […]

Sənaye və energetika

2021-ci ildə Azərbaycan neft və kondensat istehsalını artıracaq

Azərbaycanın 2021-ci ildə neft və kondensat istehsalı ilə bağlı proqnoz açıqlanıb. ABŞ-ın Enerji İnformasiya Agentliyinin məlumatına əsasən, noyabr ayının cari proqnozuna görə, 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik həcmi orta hesabla 730 min barel olacağı proqnozlaşdırılır. ABŞ-ın Enerji İnformasiya Agentliyinin hesablamalarına əsasən, 2020-ci ildə Azərbaycanda gündəlik neft və kondensat istehsalatı orta hesabla 710 min […]

Sənaye və energetika

Bakıda elektrik enerjisinin istehsalı kəskin artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə elektrik enerjisinin istehsalı 5 325,9 mln. kVt-saat təşkil edib ki, bu da illik müqayisədə 52,8% çoxdur. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ötən il Bakı üzrə elektrik enerjisi istehsalı 3 485,1 mln. kVt-saat səviyyəsində olub. Qeyd edək ki, 2019-cu ildə bu göstərici 5 252,1 mln. kVt-saat təşkil […]

Sənaye və energetika

“Bir Pəncərə” vasitəsilə 15 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib – FOTO

Bu ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 15 milyon ABŞ dolları olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi məlumat yayıb. 2020-ci ilin yanvar-oktyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 148,6 milyon ABŞ dolları dəyərində qeyri-neft […]

Sənaye və energetika

Azərbaycanda 2025-ci ilədək elektrik enerjisi tələbatının ödənilməsi üçün daha bir 550 MVt-lıq stansiyaya ehtiyac var

Azərbaycanda 2020-2025-ci illərdə elektrik enerjisinə olan tələbat 3,5 mlrd. kVt-saat artacaq və bunun da öhdəsindən gəlmək üçün 550 MVt gücündə daha bir elektrik stansiyaya ehtiyac var.                                                            […]

Sənaye və energetika

“Azərişıq” elektrik enerjisindən qanunsuz yolla istifadə edilən 19 fakt aşkarlayıb

“Azərişıq” ASC-nin əməkdaşları əraziyə baxış keçirən zaman təəssüflər olsun ki, yenə də bəzi abonentlər tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın ciddi pozuntu halları aşkar edilib. Xəbəral.az xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib. O bildirib ki, elektrik enerjisindən kənar xətlə istifadə, sayğaca müdaxilə, sayğac möhürlərinin pozulması halları aşkarlanaraq aktlaşdırılıb. Son günlər […]

Sənaye və energetika

“Qobu” elektrik stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr olub

Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində inşa olunan 385 meqavatlıq “Qobu” elektrik stansiyası və 330/220/110 kilovoltluq yarımstansiyanın ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib. “Azərenerji” ASC-dən  bildirilib ki, ictimai dinləmədə Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirliklərinin yerli idarələrinin nümayəndələri, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun, “BCC Group” tikinti şirkətinin, Qobu bələdiyyəsinin sədri və qəsəbə sakinləri […]