Sənaye və energetika

Azərbaycanda 2025-ci ilədək elektrik enerjisi tələbatının ödənilməsi üçün daha bir 550 MVt-lıq stansiyaya ehtiyac var

Sharing is caring!

Azərbaycanda 2020-2025-ci illərdə elektrik enerjisinə olan tələbat 3,5 mlrd. kVt-saat artacaq və bunun da öhdəsindən gəlmək üçün 550 MVt gücündə daha bir elektrik stansiyaya ehtiyac var.                                                                                                        Bunu Bakı Beynəlxalq Enerji Xartiyası Forumunda çıxış edən Azərbaycanın Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bu il təməli qoyulan və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 MVt gücündə “Qobu” elektrik stansiyası artan tələbatı qismən ödəyə bilsə də, yeni stansiyanın 2020-2025-ci illər ərzində tikintisi zəruridir.

“Lakin “Enerji səmərəliliyi haqqında” qanun layihəsi qəbul ediləcəyi təqdirdə, yeni tətbiq olunacaq mexanizmlər nəzərə alınaraq Azərbaycan elektrik enerjisinə tələbatı 10% azalda bilər və bu da sözügedən dövr ərzində 350-400 meqavatlıq stansiyanın istehsal həcmi ilə təxminən eynidir”, – deyə Z. Məmmədov qeyd edib.

Bundan öncə Energetika naziri Pərviz Şahbazov bildirmişdi ki, 2025-ci ilədək Azərbaycanda elektrik enerjisinə tələbat 25,5 mlrd. kVt-saat qədər artacaq. 

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 18 968,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir