Sənaye və energetika

Naxçıvan Azərbaycandan Türkiyəyə göndərilən qazla təmin oluna bilər – AÇIQLAMA

İğdır-Naxçıvan boru kəməri tikildiyi halda, Naxçıvan Muxtar Respublikasının təbii qaz ehtiyacları Türkiyəyə göndərilən Azərbaycan qazının bir hissəsi vasitəsilə təmin edilə bilər. Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bu gün “Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın […]

Sənaye və energetika

Gələn il dünyada rekord həcmdə bərpa olunan enerji generasiyası gücləri istifadəyə veriləcək

Gələn il dünyada 218 QVt gücündə olan bərpa olunan enerji mənbələri (RES) əsasında işləyən əlavə qurğular istismara veriləcək ki, bu da 2020-ci illə müqayisədə 10% çoxdur. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir. Daha əvvəl agentlik 2020-ci ildə 200 QVt gücündə elektrik enerjisinin generasiyası üzrə qurğuların istifadəyə veriləcəyini proqnozlaşdırmışdır. Hesabata görə, 2021-ci ildə […]

Sənaye və energetika

“SOCAR Trading” türkmən neftinin alınması üzrə tenderi udub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə strukturu olan “SOCAR Trading” “Eni Turkmenistan” şirkəti tərəfindən istehsal edilə türkmən neftinin alınması üzrə tenderi udub. Bu barədə XəbərAl.az “Argus media”ya istinadən xəbər verir. Bununla da “SOCAR Trading” “Vitol” şirkəti tərəfindən Türkmənistanda 2017-ci ildən satın alınan neftin bir hissəsini portfelinə qaytarıb. Bu tenderin nəticəsinə görə “SOCAR Trading” neft bazarının […]

Sənaye və energetika

“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası və Birinci gün zərfləri dövriyyəyə buraxıldı – FOTO

“Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri dövriyyəyə buraxılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, “Azərmarka” MMC tərəfindən 10 dekabr 2020-ci ildə Bakıda keçirilən qələbə paradı münasibətilə poçt markası və zərflər dövriyyəyə buraxılıb. Layihənin süjeti Azərbaycan-Türkiyə qardaşlığına, 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə […]

Sənaye və energetika

Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir

“Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycan şirkətləri isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır”. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Aminə Bayramova deyib. O bildirib ki, 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları 11 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edib: […]

Sənaye və energetika

“AzərEnerji”nin nəzdindəki MMC ötən ili xalis zərərlə başa vurub

“AzərEnerji” ASC-nin nəzdində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 2019-cu il üzrə xalis mənfəət və zərər məcmusu açıqlanıb. “Azərenerji” ASC-nin təqdim etdiyi hesabata əsasən, 2019-cu il üzrə stansiya müvafiq dövrdə 269 milyon 29 min manat həcmində elektrik satışı həyata keçirib. 2018-ci ilə nisbətən elektrik satışının həcmi 1,5 faiz azalıb. “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2019-cu ili 196 milyon […]

Sənaye və energetika

Azərbaycan xam neft istehsalını sutkada 131 min barel azaldıb

Azərbaycan noyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib. 2020-ci ilin noyabr ayında ölkə üzrə gündəlik neftin kondensatla birlikdə hasilatı 686,2 min barel olub. Bunun 587 min barelini xam neft, 99,2 min barelini isə kondensat təşkil edib. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr […]

Sənaye və energetika

Avropa Komissiyası Xəzər qazının Avropaya nəqlini alqışlayır – VİDEO

Avropa Komissiyası Cənub Qaz Dəhlizinin sonuncu tərkib hissəsi olan Trans Adriatik Boru (TAP) kəmərinin istismara verilməsinin alqışlayıb. Bu barədə Avropa Komissiyasının iclasında məlumat verilib. Bildirilib ki, layihə sayəsində Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qaz İtaliyaya nəql edilir. Komissiyanın nümayəndəsi Tim Makfi deyib ki, Avropa Birliyi rəhbərliyi Yunanıstanı Albaniya vasitəsilə İtaliyaya bağlayan və Xəzər qazını Avropa Birliyi istehlakçılarına çatdıran TAP-ın fəaliyyətə başlamasını alqışlayır: […]

Sənaye və energetika

Danimarka neft və qaz istehsalından imtina etməyə qərar verdi

Danimarka hökuməti və ölkə parlamenti 2050-ci ilədək Şimal dənizində neft-qaz hasilatının və kəşfiyyatının tamamilə dayandırılması barədə razılığa gəlib. Bu barədə “Reuters” xəbər yayıb. Bildirilir ki, bu cür fəaliyyətlərin lisenziyalaşdırılması üçün edilən bütün tenderlər hazırda ləğv edilir; Parlament lisenziya verilməsi barədə səkkizinci raundu və bundan sonrakı tenderləri ləğv etmə barədə qərarı təsdiqləyib. Qeyd edək ki, Danimarka […]

Sənaye və energetika

“Bir Pəncərə” vasitəsi ilə 16,7 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib – FOTO

Bu ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 16,7 milyon ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 36,9 faiz artım müşahidə olunub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat verilib. Belə ki, 2020-ci ilin yanvar-noyabr ayları ərzində “Bir Pəncərə” […]