Sənaye və energetika

Gələn il dünyada rekord həcmdə bərpa olunan enerji generasiyası gücləri istifadəyə veriləcək

Sharing is caring!

Gələn il dünyada 218 QVt gücündə olan bərpa olunan enerji mənbələri (RES) əsasında işləyən əlavə qurğular istismara veriləcək ki, bu da 2020-ci illə müqayisədə 10% çoxdur.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.

Daha əvvəl agentlik 2020-ci ildə 200 QVt gücündə elektrik enerjisinin generasiyası üzrə qurğuların istifadəyə veriləcəyini proqnozlaşdırmışdır.

Hesabata görə, 2021-ci ildə generasiya güclərinin belə rekord artımı cari ildə təxirə salınmış layihələrin icrası və bərpa olunan enerjinin inkişafına maliyyə dəstəyi ilə əlaqədardır. Sözügedən artımın 54%-i günəş enerjisi, 31%-i isə külək enerjisinin payına düşəcək. Ən böyük generasiya güclərinin artımı Çində baş verəcək, “yaşıl” energetikanın artımında ABŞ, Avropa, Yaponiya və Hindistanda da rol oynayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir