Sənaye və energetika

Azərbaycan xam neft istehsalını sutkada 131 min barel azaldıb

Sharing is caring!

Azərbaycan noyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib.

2020-ci ilin noyabr ayında ölkə üzrə gündəlik neftin kondensatla birlikdə hasilatı 686,2 min barel olub. Bunun 587 min barelini xam neft, 99,2 min barelini isə kondensat təşkil edib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır.

Bununla da Azərbaycan noyabr ayında “OPEC plus” üzrə xam neft hasilatını orta günlük 587 min barel həcmində icra etməklə, “OPEC plus” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.

Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir