Region

Zəngilanda qiymətli metalların axtarışına başlanacaq

“Anglo-Asian Mining Plc” şirkəti Zəngilanın Vejnəli ərazisində qazma işlərinə başlayacaq. Bu barədə şirkətin baş direktoru Reza Vəziri açıqlama verib. Məlumatda bildirilib ki, şirkət bu yaxınlarda Azərbaycanın Zəngilan rayonunun Vejnəli ərazisində müvafiq layihəyə etibarlı mühit yaranan kimi başlamağı planlaşdırır. Əlavə edilib ki, Azərbaycan Zəngilan rayonunu 27 ildən sonra Ermənistan işğalından azad edib və bu ərazi çox sayda mineral ehtiyatlarla zəngindir. Qeyd […]

Region

Azərbaycan bayrağı Ağdamda Şahbulaq qalasına sancıldı – VİDEO

İşğaldan azad edilmiş Ağdamda daha bir məntəqəyə Azərbaycan bayrağı sancılıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın olur ki, qəhrəman əsgərlərimizdən biri bayrağı Şahbulaq qalasının divarlarından birinə sancır, ardınca isə hərbi salam verir. Qeyd edək ki, Şahbulaq qalası 1751-1752-ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilib.

Region

Erməni bölmələri Ağdam rayonundan çıxdı

Erməni Silahlı Qüvvələrinin bölmələri Dağlıq Qarabağda Ağdam rayonunu tərk edib. RT-nin məlumatına görə, bu barədə Rusiya hərbi kontingentinin qərargah rəisi, general-mayor Andrey Volkov bildirib. “Rusiya sülhməramlı kontingentinin rolu sazişin şərtlərinə uyğun olaraq mülki əhalinin təhlükəsizliyini, erməni bölmələrinin ərazidən çıxarılmasını (Onlar artıq çıxarılıb) və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Ağdam rayonu ərazisinə girişi zamanı nəzarəti təmin etməkdədir”, – […]

Region

Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı – SİYAHI

Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında tətbiq edilən sərt karantin rejiminin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadıldı.   Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.   Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, Nazirlər Kabineti bu qadağaların tətbiqi edilməsinə qərar verib.

Region

Şuşanın adı yazılmış yeni lövhə himn sədaları altında şəhərdə yerləşdirildi – VİDEO

İşğaldan azad olunmuş Şuşanın yeni görüntüləri yayılıb. Görüntülərdə Şuşada Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi əks olunub. Diqqət çəkən məqamlardan biri də şəhərin adının dövlət bayrağımızın rəngləri əsasında yazılışıdır. Həmin görüntüləri təqdim edirik: