Region

Ağsuda 14 baş heyvan ölüb – Örüşdə kütləvi zəhərlənmə

Ağsu rayonunda iri buynuzlu heyvanlar arasında kütləvi ölüm hadisəsi baş verib Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Padar kəndində qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, iribuynuzlu heyvanlar örüş sahəsində otlayan zaman kütləvi zəhərlənmə baş verib. Hadisə zamanı kənd sakinlərinə məxsus 14 baş iribuynuzlu heyvan ölüb. Yerli sakinlərin sözlərinə görə, onlara ümumilikdə 25 min […]

Region

Mingəçevirdə almaniyalı uşaq ikimərtəbəli evdən yıxılaraq ağır xəsarət alıb

Mingəçevirə qohumlarına qonaq gələn ikiyaşlı almaniyalı uşaq ikimərtəbəli evdən yıxılaraq ağır xəsarət alıb APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə şəhərin Samux küçəsində baş verib. Həmin ünvanda yerləşən ikimərtəbəli fərdi yaşayış evinin pəncərəsindən ehtiyatsızlıq nəticəsində yıxılan uşaq 2017-ci il təvəllüdlüdür. O, ağır xəsarət alıb. Şəhər xəstəxanasına çatdırılan yaralı tibbi yaradım aldıqdan dərhal sonra Gəncədə yerləşən klinikalardan […]

Region

Abşeronda orta yaşlı qadını minik avtomobili vurub

Abşeron rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, rayonun Mehdiabad qəsəbəsi, “Bağlar” yaşayış massivində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1983-cü il təvəllüdlü Tağıyeva Gülşən Fəxrəddin qızını minik avtomobili vurub. Yaralı sınıq xəsarətləri alıb. O, 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində […]

Region

Zaqatala sakinini ilan sancıb

Zaqatalada 40 yaşlı kişini ilan sancıb. APA-nın məlumatına görə, bu gün rayonun Faldar kənd sakini, 1979-cu il təvəllüdlü Natiq Ramin oğlu Səfərov ilan sancması xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Tibb müəssisəsindən bildirilib ki, N.Səfərov özünə məxsus sahədə təsərrüfat işləri aparan zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. N.Səfərova lazımi tibbi […]

Region

Ramil Usubov rəisi təqaüdə göndərdi

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin bölmə rəisi vəzifəsindən azad edilib. XəbərAl.az-ın məlumatına görə, Daxili İşlər Naziri Ramil Usubovun imzaladığı əmrə əsasən, idarənin bölmə rəisi Tahir Həsənov təqaüd yaşı ilə əlaqədar olaraq vəzifəsindən azad edilib. Onun yerinə Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Üzeyir Atamov təyin edilib.