Müharibə

Fransanın öz mətbuatına qarşı ikili standartları – ŞƏRH

Fransanın “Charlie Hebdo” satirik həftəlik jurnalının Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməsi və Fransa Prezidenti Emanuel Makronun İslam barədə son fikirləri müsəlman ölkələri arasında hiddətə səbəb olub. Makronun fikirləri Fransada yaşayan müsəlmanların narazılığı ilə qarşılanıb. Məsələn, “Milan” və “Fənərbağça”nın sabiq futbolçusu, hazırda Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Mərakeş əsilli fransalı futbolçu Adil Rami kəskin şəkildə Makronu tənqid edərək, […]

Müharibə

SON DƏQİQƏ: Qubadlıda Ermənistanın qırıcıları MƏHV EDİLDİ

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. XəbərAl.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müharibə

Düşmən geri çəkilməyə məcbur edilir, xeyli itki verir – RƏSMİ

“Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir. Düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır”. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar: “Biz torpaqlarımızı azad etdikcə düşmənin […]

Müharibə

Amerikalı jurnalistlər Bərdədə Ermənistanın raket atəşinə tuş gəldilər – FOTO

ABŞ-ın nüfuzlu “The New York Times” qəzetinin jurnalistləri dünən Ermənistanın raket atəşinə tutması zamanı Bərdədə olublar. Bununla bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb. O, jurnalist Karlotta Qallın Bərdə terroru ilə bağlı hazırladığı və “The New York Times”da dərc olunan məqaləsini də paylaşıb.

Müharibə

Prezidentin köməkçisi Bərdə terroru zamanı Qırmızı Aypara Cəmiyyətinin könüllüsünün ölümündən yazdı

Humanitaristlər hədəf deyillər. Qırmızı Aypara Cəmiyyətinin könüllüsü Ermənistanın kasetli bomba ilə Azərbaycanın Bərdə şəhərini atəşə tutması zamanı humanitar dəstək verərkən öldürülüb. Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

Müharibə

Bərdəyə hücumun yeni görüntüləri: Dəhşətli, silsilə partlayışlar – ANBAAN VİDEO

İşğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə şəhərinə raket hücumu ilə bağlı yeni görüntülər ortaya çıxıb. Video Bərdə şəhərində yerləşən obyektlərdən birinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videoda Bərdə şəhərinə Ermənistanın endirdiyi zərbə zamanı insanların yaşadığı təşviş və dəhşəti görmək, silsilə partlayış səslərini eşitmək olar. 2020-ci il oktyabrın 28-də saat 13.00 radələrində düşmənin silahlı […]

Müharibə

Maksim Şevçenko: “Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalinin yaşadığı Bərdə şəhərinin atəşə tutulması hərbi cinayətdir. Bu barədə “İnfo24” saytına jurnalist Maksim Şevçenko danışıb. Onun sözlərinə görə, İrəvan qəsdən mülki əhaliyə hücum edir ki, Qarabağdakı münaqişə Ermənistanla Azərbaycan arasındakı qarşıdurma çərçivəsindən kənara çıxsın. Bakı növbəti hücuma Dağlıq Qarabağın işğalçı qüvvələrdən tamamilə azad edilməsi ilə reaksiya verəcək. “İşğal […]

Müharibə

Ermənistan ərazisindən Azərbaycanın dörd rayonu atəşə tutulub – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. Səhər saat 07.35-dən […]

Müharibə

Düşmən mindən çox hərbçi itirdiyini etiraf etdi

Düşmən tərəf Azərbaycan ordusunun əks-hücumu nəticəsində ölən 35 hərbçinin də siyahısını açıqlayıb. Bununla da, işğalçı dövlət mindən çox hərbçi itirdiyini etiraf edib. Eyni zamanda, Ermənistan milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları münaqişə bölgəsindəki döyüş əməliyyatları zamanı 37 nəfər itirib. “Sputnik Armeniya” xəbər verir ki, bunu xidmətin direktor müavini Armen Abazyan mətbuat konfransında deyib: “Milli təhlükəsizlik xidmətinin […]

Müharibə

Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilində bilməlisən” – FOTO

Erməni Vahid Məlumat Mərkəzi könüllülərin seçimi barədə məlumat yayıb. Bunun üçün bir sıra tələblər irəli sürülüb. Maraqlı burasındadır ki, könüllü işləmək istəyənlərdən Azərbaycan dilini bilmək də tələb olunur. Belə ki, könüllər rus, ingilis və Azərbaycan dillərini (ən pis halda, heç olmasa bunlardan biri – S.M.) yazılı şəkildə bilməlidir. Həmçinin, azərbaycanca sərbəst şəkildə bilən mütəxəssislərə ehtiyac […]