MDB

Rusiya XİN NATO-nu ittiham etdi

Rusiya XİN NATO-nu sülhü qorumaq üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. XəbərAl.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində paylaşım edilib. XİN-dən verilən məlumata görə, ötən il alyans ölkələrinin hərbi xərcləri 7.4% artıb. Qeyd edək ki, paylaşım NATO-nun yaranmasının 72-ci ildönümünə həsr olunub. XəbərAl.az

MDB

Bayden Ukraynaya səfər etmək niyyətindədir

ABŞ prezidenti Cozef Bayden Ukraynaya səfər etməyə hazırdır. XəbərAl.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak bildirib. Bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında ilk telefon söhbəti olub. “Prezident Bayden Ukraynanı hərtərəfli dəstəkləyir, onun komandası isə Zelenskinin islahat məsələlərində hər şeyi qiymətləndirir. Cozef Bayden əlavə edib ki, […]

MDB

Rusiyada terror aktının qarşısı alındı

Tver bölgəsində “İŞİD” terrorçusu tərəfindən hazırlanan terror hücumunun qarşısı alınıb. XəbərAl.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb. Bildirilib ki, sözügedən şəxsin evində partlayıcı maddələrin sintezi laboratoriyası aşkarlanıb. Onun enerji obyektinə hücum planlaşdırdığı məlum olub. Terrorçu müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Əməliyyat zamanı təhlükəsizlik işçiləri və mülki şəxslər yaralanmayıb. Silahlı şəxsin üzərində […]

MDB

Ermənistan ATƏT büdcəsinin qəbul olunmasına əngəl oldu

Ermənistan ATƏT, habelə ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin qəbulu prosesini bloklayıb. Bu barədə Caliber.az diplomatik mənbələrə istinadən xəbər verir. Bu cür fəaliyyətlərlə rəsmi İrəvan bütün təşkilatın nüfuzuna və funksionallığına zərbə vurur. Çünki, məlum olduğu kimi Ukraynadakı Xüsusi Monitorinq Missiyası ATƏT üçün çox vacib bir “uğur hekayəsidir”. Missiyanın büdcəsi 100 milyon avrodur və fəaliyyətində 1000-dən […]

MDB

Rusiya FHN-in helikopteri qəzaya uğradı, ölən var

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Ka-32” helikopteri qəzaya uğrayıb. XəbərAl.az TASS-a istinadən xəbər verir ki, hadisə Kalininqrad bölgəsindəki Kurşsk körfəzi hövzəsində qeydə alınıb. Rusiya FHN-in yaydığı məlumata görə, təlim uçuşu zamanı baş verən qəza nəticəsində bir nəfər ölüb, iki nəfər isə xilas edilib. Faktla bağlı araşdırma aparılır. XəbərAl.az

MDB

Rusiyanın bir neçə şəhərindən Azərbaycana uçuşlar dayandırıldı

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) Rusiyanın beş şəhərindən Azərbaycana uçuşlar üçün icazəni ləğv edib. XəbərAl.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. Qeyd olunub ki, martın 23-də keçirilən iclasdan sonra Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar üçün “İjavia” aviaşirkətinə verilmiş icazənin ləğvi barədə qərar qəbul edib. Qərarın hava nəqliyyatı şirkətinin ərizəsi […]

MDB

Ermənistanda hərbi vəziyyət rejimi ləğv edildi

Ermənistan parlamenti ölkədə tətbiq olunan hərbi vəziyyət rejmini ləğv edib. XəbərAl.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bununla bağlı layihəni 118 deputat dəstəkləyib. Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət rejimi 2020-ci il sentyabrın 27-də – İkinci Qarabağ müharibəsi başlayan gündən tətbiq olunmuşdu. Bunun ləğvi ilə bağlı qanun layihəsini Ermənistan parlamentindəki müxalif “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” […]

MDB

Tramp Baydeni ABŞ-da sərhəd böhranı yaratmaqda ittiham etdi

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp xələfi Co Baydeni Birləşmiş Ştatlarda sərhəd böhranı yaratmaqda təqsirləndirib. XəbərAl.az “CBS News”a istinadən xəbər verir ki, Tramp Bayden rəhbərliyinə “tarixin ən təhlükəsiz sərhədi”ni təhvil verdiyini, lakin onun bütün səyləri boşa çıxardığını bildirib. “Etməli olduqları tək şey bu fasiləsiz işləyən sistemin avtopilotda qalması idi. Bunun əvəzinə, yalnız bir neçə həftə içərisində […]

MDB

Gərginlik zirvədə: Rusiya ABŞ-dakı səfirini geri çağırdı

Rusiya martın 17-də Birləşmiş Ştatlardakı səfirini Vaşinqtonla münasibətlər barədə məsləhətləşmə üçün Moskvaya çağırıb. XəbərAl.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Vaşinqtonla münasibətlərinin “düzəlməyəcək dərəcədə” korlanmasını istəmir. Nazirliyin bəyanatında deyilir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məsləhətləşmə üçün Moskvaya çağırılıb və bu məsləhətləşmədən məqsəd Birləşmiş Ştatarla bağların bundan sonra necə olacağını müzakirə etməkdir. […]

MDB

“Putin bunun hesabını ödəyəcək” – Bayden

ABŞ Prezidenti Co Bayden Rusiya rəhbərliyinin ABŞ seçkilərinə müdaxiləyə görə cavab verməli olacağını bildirib. XəbərAl.az xəbər verir ki, Co Bayden bu barədə bu gün ABC telekanalına müsahibəsində deyib. Jurnalist Corc Stefanopulos Baydenin ABŞ Milli Kəşfiyyat Direktorunun hesabatına münasibətini soruşub. İddiaya görə, Rusiya hakimiyyəti ölkədə keçən ilki seçki kampaniyası zamanı Baydeni və üzvü olduğu Demokrat Partiyasını […]