MDB

Rusiyanın bir neçə şəhərindən Azərbaycana uçuşlar dayandırıldı

Sharing is caring!

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) Rusiyanın beş şəhərindən Azərbaycana uçuşlar üçün icazəni ləğv edib.

XəbərAl.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Qeyd olunub ki, martın 23-də keçirilən iclasdan sonra Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar üçün “İjavia” aviaşirkətinə verilmiş icazənin ləğvi barədə qərar qəbul edib. Qərarın hava nəqliyyatı şirkətinin ərizəsi əsasında verildiyi bildirilib. İcazəsi ləğv olunan aviareyslər bunlardır: Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı. 

Bundan əlavə, qurum, “Red Wings” aviaşirkətinin Krasnoyarsk-Bakı reysinə olan icazəni də ləğv edib

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir