MARAQLI

Bakıda ekzotik meyvə bazarı: Qiyməti qaldıran miflər – REPORTAJ + FOTO

Fevral ayının son günlərini yaşayırıq. Təbii ki, yerləşdiyimiz iqlim qurşağında hələ ki təzə meyvənin yetişdiyi vaxt deyil. Amma qışın oğlan çağında da Bakı əhalisini təzə meyvə ilə təəccübləndirmək mümkün deyil – dükan-bazarlarda sanki bir saat öncə ağacdan yığılmış kimi görünən meyvələr az deyil. Maraqlı olanı – piştaxtaları bəzəyən bu meyvələr arasında özünü də, adını da […]

MARAQLI

“Formula-1”in testləri vaxtından əvvəl dayandırıldı: Şarl Lekler hələlik protokollara başçılıq edir – FOTO

Bəhreyn Beynəlxalq Avtodromunda dünən başlayan “Formula-1”in mövsümöncəsi testlərin ikinci günü başlayıb. Amma testlərin səhər sessiyası “Ferrari”nin moneqask sürücüsü Şarl Leklerin drenaj kanalının qapağını sındırması üzündən yarımçıq dayandırılıb. Qeyd edək ki, “Mersedes” komandasının sürücüsü Lyuis Hemilton daha əvvəl eyni yerdə qapağın üzərindən keçib və onu yerindən çıxarıb. Daha sonra isə Lekler qapağı tam sındırıb. Hadisə yerinə […]

MARAQLI

İnsan nəzarətindən çıxan iki tonluq peyk Yerə düşüb – FOTO

Təxminən 30 il əvvəl kosmosa buraxılan və artıq insan nəzarətində olmayan “ERS-2” peyki Yerə düşüb. Oxu.Az-ın məlumatına görə, bu barədə Avropa Kosmik Agentliyindən (ESA) xəbər verilib. Bildirilir ki, Avropa Məsafədən Zondlama Peyki (“ERS-2”) atmosferdən keçərək Sakit okeanın şimal hissəsində batıb. Həmçinin, agentlik əmin edir ki, peykin materiallarında radioaktiv və zəhərli maddələr yoxdur. “ERS-2” 1995-ci ilin aprelində […]

MARAQLI

Tom Kruz rusiyalı deputatın qızından ayrıldı – FOTO

Hollivud ulduzu Tom Kruz Rusiya Dövlət Dumasının altıncı və yeddinci çağırışlarda deputat olan Rinat Xayrovun qızı Elsinadan ayrılıb. Bu barədə aktyora yaxın mənbələr xəbər veriblər. Bildirilir ki, Kruz keçmiş sevgilisi ilə dost qalmaq istəyir. Onlar hazırda Londonda eyni binada yaşayırlar. Mənbələr iddia edirlər ki, Kruz və Xayrova arasındakı münasibətlər sadəcə özünü tükədib. Qeyd edək ki, […]

MARAQLI

Məşhur braziliyalı futbolçu “Survivor”a qatıldı – FOTO/VİDEO

Dünya futbolunun ən tanınmış simalarından olan Ronaldinyo Türkiyənin “Survivor” yarışmasında iştirak edib. Dominikan Respublikasında keçirilən və Acun İlıcalının aparıcılığını etdiyi “Survivor-2024 All Star”a qonaq qismində gələn Ronaldinyo ayaq voleybolunda bacarığını nümayiş etdirib. Acun İlıcalı və keçmiş futbolçu Sercan Yıldırımla eyni meydançanı paylaşan braziliyalı ulduz sosial mediada gündəm olub. Daha əvvəl iki dəfə FIFA-nın “Dünyada ilin […]

MARAQLI

Mühəndislər Ayda yol çəkməyə hazırlaşırlar – FOTO

Almaniya və Avstriyadan olan mühəndislər qrupu peyk resurslarından istifadə etməklə Ayda yolların tikintisi üçün innovativ üsul hazırlayıblar. Qeyd olunur ki, Ayın tədqiqi zamanı yaranan əsas problemlərdən biri onun səthindəki tozdur ki, bu da astronavtların hərəkətinə və avadanlıqların normal işləməsinə mane ola bilər. Bu problemi həll etmək üçün Avropa Kosmik Agentliyinin “PAVER” layihəsi çərçivəsində Ayın səthinin […]

MARAQLI

Yuxunun keyfiyyətinə təsir edən qidalar AÇIQLANDI

Yuxunun keyfiyyətinə mənfi təsir göstərən bir sıra məşhur yemək vərdişləri var. Bu barədə amerikalı yuxu eksperti Eşli Heynsvort danışıb. Heynsvortun sözlərinə görə, aclıq hissi ilə yatmaq tövsiyə edilmir, çünki bu vəziyyətdə orqanizmin yuxu rejiminə keçməsi daha çətin olur. O, həmçinin qeyd edib ki, bəzi növ qəlyanaltılar yuxunu poza bilər. “Karbohidratlar və şəkər bizə enerji verir […]

MARAQLI

Cərrah xorultudan xilas olmağın yollarından birini açıqlayıb

Rinoseptoplastika (burun çəpərinin korreksiyası) obstruktiv yuxu apnoesi olan insanlarda ürək-damar xəstəlikləri riskini azalda bilər. Bu barədə rusiyalı plastik və rekonstruktiv cərrah Andrey Yenin danışıb. Obstruktiv yuxu apnoesi yuxu zamanı tənəffüsün epizodik dayanması deməkdir. Bu vəziyyət çox vaxt xoruldama ilə müşayiət olunur. Yeninin qeyd etdiyi kimi, bu hal ürək-damar xəstəlikləri riskini artırır. Belə ki, bunu sübut […]

MARAQLI

Əfsanəvi Con Lennonun sifarişi ilə hazırlanan avtomobil satışa çıxarılıb – FOTO

“The Beatles” qrupunun üzvü, əfsanəvi musiqiçi Con Lennonun sifarişi ilə 1970-ci illərin əvvəllərində hazırlanan “Mercedes-Benz 600 Pullman” limuzini satışa çıxarılıb. Bu barədə avtomobili hərraca çıxaran Britaniyanın “Tom Hartley Jnr” şirkətindən xəbər verilib. Bildirilir ki, belə sağ sükanlı “Mercedes-Benz” limuzinlərdən cəmi 39 ədəd istehsal edilib, lakin Lennonun istəyi ilə bu modeldə “Blaupunkt” radiosu, “Pioneer” maqnitofonu, “Philips-Mignon” […]

MARAQLI

Dağın zirvəsində saatda 240 km sürət: Əfsanəvi “Mount Panorama”da yeni rekord – VİDEO

Modernləşdirilmiş “Mercedes-AMG GT3”ü idarə edən fransız yarışçısı Jül Qunon Baterstdə (Avstraliya) əfsanəvi “Mount Panorama”da yeni mütləq rekorda imza atıb. “Formula-1” üslublu DRS sistemi ilə təchiz edilmiş 650 at gücünə malik idman maşını (sportkar) idarə edən Qunon 1:56,6054 dəqiqədə dövrə vuraraq, dörd il davam edən əvvəlki rekordu iki saniyədən çox qabaqlayıb. Qunonun iki cəhdi olub. O, birincidə […]