İqtisadiyyat Manşetüstü

Neft şokuna hazır olun – German Qref

Enerji resurslarının qiymətlərinin ucuzlaşmasıyla bağlı yeni böhranlara hazır olun. XəbərAl.az xəbər verir ki, bunu “Sberbank”ın rəhbəri German Qref Moskva Maliyyə Forumunda çıxışı zamanı deyib. “Bizim qarşımızda böyük çağırışlar var. Məncə qarşıda bizi neft şoku gözləyir. Belə situasiya neftin qiymətlərini 40 dollara qədər ucuzlaşdıracaq. Rusiya hələlik yeni risklərə hazır deyil”, – deyə o bildirib.  

Kriminal Manşetüstü

DİN: Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, sentyabr ayının 13-də törədilən 17 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil […]

Hadisə Manşetüstü

Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi

XəbərAl.az xəbər verir ki, Prezident İlham Əliyevin sinif yoldaşı Cavanşir Vahabov bu gecə 59 yaşında dünyasını dəyişib. Xatırladaq ki, mərhum Cavanşir müəllim “Qafqaz-Media” İB-nin sədri Hacı Azadə-Taleh Abbasqızının həyat yoldaşıdır. Qeyd edək ki, C.Vahabov içərişəhərli xeyriyyəçi Məmmədəli Vahabovun nəvəsi olub. Azadə xanıma dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

Hadisə Manşetüstü

Şirvanda bir nəfər kanalizasiya quyusuna düşərək öldü

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər kanalizasiya quyusuna düşüb. Nazirlikdən XəbərAl.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1948-ci il təvəllüdlü Babayev Şahmirzə Fərid oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İdman Manşetüstü

Azərbaycalı dünya çempionu peşəkar boksda ilk döyüşdə qalib oldu – FOTO

Boks üzrə Azərbaycanın milli yığma komandasının kapitanı, boks üzrə ağır çəkidə üçqat dünya çempionu olan 32 yaşlı Məhəmmədrəsul Məcidov sentyabrın 13-də Nyu-Yorkda peşəkar rinqdə ilk döyüşünə çıxıb. XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov feysbuk səhifəsində bildirib. Məcidovun rəqibi ABŞ təmsilçisi Ed Fonteyn olub. Nyu-Yorkdakı “Medison Skver Qarden”də təşkil olunmuş […]

Manşetüstü Region

Türkiyədə böyük qırğınlar törədilə bilər – Siyasətçidən xəbərdarlıq

Ailələrin cəsur aksiyası PKK-nı küncə sıxıb. Anaların aksiyasını əngəlləmək, kürdləri həzm etmək üçün PKK böyük qırğınlar törədə bilər. XəbərAl.az xəbər verir ki, bunu kürd siyasətçi Qalib İlhanər bildirib. Diyarbəkirdə anaların HDP-nin binası önündə oturaq aksiya keçirməsinə Türkiyənin dörd bir yanından dəstək verildiyini deyən İlhanər ataların da meydana çıxmalı olduğunu söyləyib: “PKK gündəmi dəyişdirmək üçün böyük qırğınlar […]

Hadisə Manşetüstü

Lerikdə ağır qəza: ölən və yaralananlar var

Lerikdə ağır yol qəzası baş verib. XəbərAl.az xəbər verir ki, sentyabrın 12-də saat 16 radələrində Lerik şəhərinin ərazisində Gürdəsər kənd sakini Ş.Xosrofov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Şirvan Məmmədov orada ölüb. Lerik RPŞ tərəfindən araşdırma aparılır.

Cəmiyyət Manşetüstü

İcma rəhbəri çağırış etdi

“Qondarma, cinayətkar, xunta rejimi hazırda Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayaraq və azərbaycanlıların ora geri dönməsini əngəlləmək məqsədiylə öz işğal nəticələrini “legitimləşdirmək” üçün müxtəlif təxribatlara əl atır”. Bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, separatçı rejim bunun üçün qondarma seçkilər […]

Cəmiyyət Manşetüstü

Bakcell qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Azərbaycanda LTE şəbəkəsinin genişləndirilməsi üzrə ən genişmiqyaslı layihəni həyata keçirib. Şirkətdən XəbərAl.az-a verilən məlumata görə, 2019-cu ilin may ayından indiyə kimi – cəmi 4 ay ərzində Bakcell 1000-dən çox 4.5G texnologiya ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb. Bu cür unikal layihə Azərbaycanda […]