Gündəm manset

Ramiz Mehdiyev yeni iş YERİNƏ BELƏ GƏLDİ – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA Rəyasət Heyətinin iclası keçirilib. İclasada Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə seçilib. XəbərAl.az  R.Mehdiyevin yeni iş yerinə gəlməsinin görüntülərini təqdim edir:  

Gündəm manset

Onlar bizə diktə etməyə çalışırdılar – Prezident

Bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Bu, təbiidir. Bu, demək olar ki, neft-qazla zəngin olan bütün ölkələrdə müşahidə edilən mənzərədir və bu, faktdır. XəbərAl.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə – İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. “Bəzi hallarda bunu mənfi amil kimi yozurlar. […]

manset Siyasət

İlham Əliyev: Kadr islahatları labüddür, bu, qaçılmazdır

Kadr islahatları labüddür, bu, qaçılmazdır. Bunu Prezident İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə – İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. Dövlət başçısı deyib: “İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr […]

İqtisadiyyat manset

İnqilabın yeni mərhələsi: Kölgə iqtisadiyyatı ləğv olunur

Prezident İlham Əliyev addımları ilə dünyanın siyasi tarixinin əsas istiqamətlərindən olan “Böyük siyasi liderlər inqilab vasitəsilə islahatlar yox, islahatlar vasitəsilə inqilab edirlər” prinsipini davam etdirir. Dövlət başçısı Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən, 2019-cu ilin başlanğıcından həyata keçirilən islahat inqilabının növbəti mərhələsini elan etdi. Azərbaycanda kölgə iqtisadiyyatı ləğv edilir. Bunun anonsunu […]

manset Siyasət

Prezident: “Heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz”

“Mən qərara gəldim ki, sizi İqtisadiyyat naziri vəzifəsinə təyin edim. Siz müxtəlif vəzifələrdə, o cümlədən İqtisadiyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmısınız, Təhsil naziri, Vergilər naziri kimi fəaliyyət göstərmisiniz. Xüsusilə sizin Vergilər naziri kimi fəaliyyətinizi qeyd etməliyəm. Aparılan islahatlar nəticəsində vergilər sistemində şəffaflıq təmin edilir, biznes dairələri üçün vahid qaydalar tətbiq olunur”. XəbərAl.az xəbər verir ki, […]

AKTUAL manset

Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Oktyabrın 23-də Bakı Şəhər Baş Polis İdarəsində cari ilin doqquz ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib. Bu barədə XəbərAl.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən bildirilib. Məlumata görə, müşavirəni açan Baş İdarənin rəisi, polis general-mayoru […]

AKTUAL manset

Rövzət Qasımov MSK sədrinin müavini seçilib

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin edilən Rövzət Qasımov MSK sədrinin müavini seçilib. XəbərAl.az xəbər verir ki, qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub. İclasda Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif olunub. Müzakirələrdən sonra təklif komissiyanın yekdil qərarı ilə qəbul edilib. Xatırladaq ki, R.Qasımov 21 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən […]

AKTUAL manset

Prezident Zahid İsayevi də vəzifəsindən azad etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. XəbərAl.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət […]

manset Siyasət

Prezidentdən Akif Əlizadə ilə bağlı – Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Akif Əlizadənin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikasında elmin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehdi oğlu Əli Zadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lyudmila Duxovnayanın “Şöhrət” ordeni ilə […]