“Xəbər verildiyi kimi, oktyabr ayının 29-u saat 17:22-də paytaxtın Nəsimi rayonunun 28 May küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, piyada, Bakı şəhər sakini Oktay Güləliyevin avtomobillə vurulması faktı üzrə cinayət işi başlanaraq istintaq aparılır. Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hadisənin guya qəsdən törədilməsinə dair əsassız informasiyalar yayılmaqdadır”. […]
manset
Şabranda yol qəzası baş verib, ölən və yaralanan var
Şabran rayonunda yol qəzası baş verib. XəbərAl.az-ın məlumatına görə, hadisə Bakı-Gəndab-Rusiya avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə bir kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onun həyat yoldaşı isə hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş Nazirinin ticarət elçisi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 30-da Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb. XəbərAl.az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.
Prezident daha 4 sərəncam imzaladı
Prezident İlham Əliyev Kənd təsərrüfatı işçilərinə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az sərəncamın mətnini təqdim edir: Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilsin: Əzimov İlham Müqbil oğlu Hacıyev Rahət Tofiq oğlu Quliyev Babakişi Orucəli oğlu. *** İlham Əliyev M.M.Hüseynova Azərbaycan Respublikası Prezidentinin fərdi […]
Prezidentdən yeni başçılara: Əgər eşitsəm ki…
Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr – bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. […]
Azərbaycanda silahlı insident – 2 nəfər güllələndi
Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib. Köçəsgər kəndinin sakinləri Məmmədov Qabil Ələsgər oğlu (1968) və Əlləcov Yüsif Əsgər oğlu (1959) kürək nahiyələrindən güllə yarası alıblar. Yaralılardan biri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, digəri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.(Report)
Mehriban Əliyevadan Bakı ilə bağlı paylaşım – Foto
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Bakı şəhərinin 31 oktyabr – Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar paylaşım edib. XəbərAl.az-ın məlumatına görə, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr – Dünya Şəhərlər […]
Nazirlik əlilləri bir yerə topladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb. Nazirlikdən XəbərAl.az-a bildirilib ki, ilkin olaraq 5 şəhər və rayonda – Sumqayıt şəhərində, Abşeron, Zaqatala və Bakının Binəqədi, Sabunçu […]
Yunanıstanda iki azərbaycanlı həbsxanaya salınıb – XİN-dən AÇIQLAMA
Nefçala rayonunun Bankə qəsəbəsindən Ağayev Rauf Tofiq oğlu və Salyan rayonunun Qızılağac kəndindən Mikayılov Əbülfəz Adışirin oğlu bir neçə ay bundan qabaq Türkiyəyə işləməyə gediblər. Azərbaycan vətəndaşlarına İtalyada işləmək təklif edilib. Əmək haqqının yüksək olduğu vəd edilib. Bu zaman hər iki azərbaycanlı gəmi ilə gizli formada İtaliyaya keçmək istəyiblər. Ancaq Yunanıstanda tutulublar. Hazırda 3 aydır […]
Ceyhun Bayramov: “Azərbaycan hökuməti bütün diqqəti təhsilin üzərinə yönəldib”
“Gələcəkdə bilik və bacarıqları artırmaq üçün məhz yeni səviyyədə tələb olunan inkişafa, kritik tənqidi düşüncə tərzinə və yaradıcılıq kimi sahələrə daha çox sərmayələr qoyulmalıdır”. XəbərAl.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov “British Council”in “Məşğulluq imkanları üçün ali təhsil” proqramı ilə əlaqədar Bakıda məzunların əldə etdiyi nəticələrə həsr edilən ilk strateji forumda bildirib. Nazir qeyd […]