Mədəniyyət

Rüstəm İbrahimbəyovun doğum günüdür

Bu gün yazıçı, nasir, dramaturq Rüstəm İbrahimbəyovun doğum günüdür. Oxu.Az xatırladır ki, Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1962-ci […]

Mədəniyyət

Görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin doğum günüdür.  Oxu.Az xatırladır ki, sənətkar 1918-ci ildə Bakı şəhərində məşhur həkim, təbabət professor Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində anadan olub. Qara Qarayev fortepiano ifaçılığı təhsili alıb. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1930-cu ildə konservatoriyanın nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano […]

Mədəniyyət

Sanki yaxşılıq etmək üçün doğulmuşdu… – ANIM + FOTO

Görkəmli xanəndə, bəstəkar və pedaqoq Əlibaba Məmmədovun həm doğum, həm də vəfatı tarixi fevral ayına təsadüf edir. O, dünyadan köçən günə qədər yaradıcılığına davam etdi. Tələbələri onu musiqi ilə yaşayan sənətkar kimi xatırlayırlar.  Milli musiqimizi onun bəstələdiyi mahnılar, təsniflər, rənglər olmadan təsəvvür etmək mümkün deyil. Mahnılarını ürəklə oxuyan xanəndələri özü də sevirdi. Onlar üçün mahnılar […]

Mədəniyyət

Laçın şəhərində müasir kitabxana istifadəyə verilib – FOTO

Bu gün Laçın şəhərində “LaCinema” kinoteatrının nəzdində yeni, müasir kitabxananın açılışı olub.  AZƏRTAC xəbər verir ki, “Simurq” adı verilmiş kitabxananın əsas özəlliyi funksionallığındadır. Açılış mərasimində Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədov, şəhərin ziyalıları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər. Tədbirə şəhərdə və Zabux kəndində fəaliyyət göstərən məktəblərin müəllim […]

Mədəniyyət

Artıq “TikTok”da bəzi mahnılardan fon səsi kimi istifadə mümkün olmayacaq

Universal Music Group (UMG) bütün sənətçilərinin musiqisini “TikTok”dan siləcək. Buna səbəb şirkətlərin yeni lisenziya razılaşması əldə edə bilməmələri olub. Məlumata görə, dünyanın ən böyük musiqi nəşriyyatına sahib şirkət Taylor Svift, Ariana Grande, Jastin Biber, “Coldplay”, “The Weeknd” və Dreykin treklərini ehtiva edən musiqi kataloqunu “TikTok”dan çıxarmağı planlaşdırır. Artıq UMG-yə məxsus mahnıları olan istifadəçi videolarında səs […]

Mədəniyyət

Şair-bəstəkar Xanım İsmayılqızı: “Musiqiyə verilən dəyər azalıb” – VİDEO

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı şair-bəstəkar Xanım İsmayılqızı olub. Müasir dövrdə kəmiyyətin keyfiyyəti üstələməsindən gileylənən bəstəkar söyləyib ki, musiqiyə verilən dəyər azalıb: “Bu gün bir müğənni toya getmək və yaxşı pul qazanmaq istəyirsə, daha çox alıcı olan istiqamətə gedir. Əlbəttə ki, sənət naminə sənət deyib çalışanlar da var. […]

Mədəniyyət

Heydər Əliyev Mərkəzində Yaponiyanın Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdirilib – FOTO

Heydər Əliyev Mərkəzində Yaponiyanın ənənəvi dram teatr sənəti olan “No” üzrə ixtisaslaşan Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdirilib. Tamaşanı rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri izləyiblər. Üç hissədən ibarət “Noh Opera”da müxtəlif musiqi alətlərinin müşayiətilə “Raku” rəqsi ifa olunub, sağlam və xoşbəxt həyat tərzindən, “ilahi qılınc” olan katananın düzəldilməsindən bəhs edilib. Səhnədə odlar yurdu Azərbaycan […]

Mədəniyyət

Vyanada görkəmli rejissor Rasim Ocaqovun yubileyi keçirilib – FOTO

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində xatirə axşamı təşkil edilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək, görkəmli rejissorun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan kino tarixində mühüm rolundan […]

Mədəniyyət

İki ildən çoxdur boş qalan direktor vəzifəsinə TƏYİNAT

Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor təyin olunub. Oxu.Az-ın məlumatına görə, bu barədə Şirvan-Salyan Regional Mədəniyət İdarəsinin rəisi Şahin Şahbazov əmr imzalayıb. Əmrə əsasən, həmin vəzifəyə Kürçaylı Zabil oğlu Məmmədov gətirilib. O, bu təyinatadək Salyan Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışıb. Qeyd edək ki, Salyan Dövlət Rəsm Qalereyasının bundan əvvəlki direktoru İmanverdi […]

Mədəniyyət

“Haber Global” mükafata layiq görüldü – FOTO

Türkiyənin məşhur televiziyalarından olan “Haber Global” “Ankara Universiteti Mükafatları”na layiq görülüb. Bu barədə Ankara Universiteti xəbər yayıb. Bildirilir ki, təhsil ocağı tərəfindən ilk dəfə təşkil edilən tədbirdə elmin tərəqqisində gördükləri işlərə görə akademiklər təltif olunublar. Həmçinin universitetin rəsədxanasına ilk türkiyəli astronavt Alper Gezeravcının adının verildiyi elan edilib. “Tədbirdə media nümayəndələri də mükafata layiq görülüblər. Onların […]