Ana Səhfə Mədəniyyət

Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunan beynəlxalq müsabiqə keçirilir

Müsabiqədə 16-40 yaş arası peşəkar müğənnilər iştirak edə bilərlər. İştirakçılar noyabrın 15-dək onlayn müsabiqədə iştirak edəcəklər.  Dekabrın 3-6-da Ukraynanın Truskavets şəhərində keçiriləcək dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan III Beynəlxalq Vokalistlər Müsabiqəsinin seçim mərhələsinə start verilib. Müsabiqə Truskavets şəhər meriyası, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Azərbaycanın […]

Mədəniyyət

Anar Kərimov: “Fəxri adların verilməsi ilə bağlı dediyim fikirlər düzgün anlaşılmayıb”

“Fəxri adların verilməsi ilə bağlı dediyim fikirlər düzgün anlaşılmayıb. Söhbət gələcəkdə fəxri adların verilməsində sui-istifadə hallarının qarşısının alınmasından gedir”. “Report” xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini, naziri vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu məqsədlə gələcəkdə hüquqi tənzimləyici mexanizmin yaradılması təklif edilib: “Bu mexanizimə əsasən, orada aşkar […]

Mədəniyyət

Mikayıl Müşfiqin güllələnmə səhnəsi… – VİDEO

Azərbaycan Televiziyasında bu gün saat 21:30-da “Repressiya” adlı yeni layihənin təqdimatı olacaq. “Repressiya” yeni mövsümdən ayda iki dəfə efirə gedəcək sənədli filmlər silsiləsidir. İlk sənədli film 1937-ci il repressiyalarının qurbanı Mikayıl Müşfiqə həsr olunub. Filmdə Müşfiqə qarşı təzyiqlər, atılan böhtanlar və şairin həbsi obrazlı şəkildə əks olunub. Bundan başqa, filmdə şairin həyat yoldaşı Dilbər Axundzadə ilə […]

Mədəniyyət

Co Baydenə kömək edən “Netflix” aktyoru yeniyetmələrdən əxlaqsız şəkillər tələb edib – FOTO

FTB “Netflix” ulduzu Jerry Harrislə bağlı istintaqa başlayıb. Bu bərədə “Fox News” xəbər yayıb. “Cheer” sənədli filmində rol alan Harris, yetkinlik yaşına çatmayanlardan ədəbsiz fotoşəkil tələb etməkdə şübhəli bilinir. FTB-nin Harrisin evi üçün axtarış qərarı tələb etdiyi məlumdur. Harrisin sözçüsü mediaya açıqlamasında bütün deyilənlərin aktyor özü uşaq olanda baş verdiyini bildirib. “İstintaq başa çatdıqda həqiqətin ictimaiyyətə […]

Mədəniyyət

77-ci Venesiya kino festivalının mükafatçıları məlum oldu – VİDEO

İtaliyada 77-ci Venesiya kino festivalı yekunlaşıb. Festivalının “Müqəddəs Markın Qızıl şiri” mükafatını ABŞ-da çalışan çinli Xloi Çjaonun “Köçərilərin torpağı” filmi qazanıb. TASS xəbər verir ki, mükafatları aktrisa Keyt Blanşettin başçılığı ilə beynəlxalq münsiflər heyəti elan edib. “Köçərilərin torpağı” filminin baş rol ifaçısı və rejissoru festivala qatıla bilməyiblər. Onlar onlayn formada mətbuat konfransında iştirak ediblər.

Mədəniyyət

Benksinin sabiq agenti anonim rəssam haqqında danışdı – FOTO

“Benksi – çox güclü konsepsiyadır. Sirli müəllifin adının heç vaxt açıqlanmayacağını düşünürəm”. “Zvezda”nın məlumatına görə, bu sözləri anonim rəssamın sabiq agenti Stiv Lazarides deyib. O, həmçinin rəssamın əsərlərindən ibarət şəxsi kolleksiyasını satışa çıxardığını bildirib. Məhsullar arasında şahzadə Diananın təsviri olan məşhur saxta əskinas da var.   “Benksi divanədir. Mən onu mədəni dahi hesab edirəm. O, heç […]

Mədəniyyət

Faiq Əhməddən oğurluq ittihamlarına cavab

Bir neçə gündür sosial şəbəkələrdə rəssam Faiq Əhmədin müəllifi olduğu Azərbaycan xalçasının dizaynı müzakirə edilir. Müxtəlif sosial aktiv fərdlər və sənətçilər Faiq Əhmədin bu konsepti mərhum sənətkar Ceyhun Ocadovdan “oğurladığını” iddia edirdilər. VarYox.az bu barədə Faiq Əhmədin bəyanatını yayımlayıb: “Bu ittiham haqda ilk dəfədir ki, ictimai olaraq yazıram. İllər boyu dostumun xatirəsinə hörmət əlaməti olaraq […]

Mədəniyyət

Jerar Depardye dini məzhəbini dəyişdi

Məşhur fransız aktyoru Jerar Depardye Rusiya vətəndaşlığını qəbul etdikdən bir neçə il sonra dini məzhəbini də dəyişib. Bu barədə “Valerus” nəşri məlumat yayıb. Bildirilib ki, Depardye xristianlığın provaslıq qolunu qəbul edib. Mərasim Parisin tarixi mərkəzində yerləşən Müqəddəs Aleksandr Nevski kilsəsində baş tutub. Kilsə nümayəndəsinin sözlərinə görə, mərasimdə artistin 30-a nəfərə yaxın dostları iştirak edib. O […]

Mədəniyyət

Arif Quliyev: “Təqaüddəyəm, kef edirəm”

“Təqaüddəyəm, kef edirəm, dincəlirəm. Dəvət edilən verilişlərə qonaq gedirəm, bəzən qonaq olduğum efirlər təkrar göstərilir”. Bu barədə Unikal.org-a koronavirus pandemiyası dövrünü necə keçirməsi barədə danışan Xalq artisti Arif Quliyev deyib. “Karantin bizə sağlam olmaq üçün yarayır, çünki biz ailəmizə, xalqımıza, dövlətimizə sağlam lazımıq. Pensiyada olduğum üçün heç bir yaradıcılıqla məşğul deyiləm, həm də pandemiyaya görə iş […]

Mədəniyyət

Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

Türkiyənin “Kurtlar Vadisi” serialında “Tombalacı” rolunu canlandıran məşhur aktyor Haldun Boysan vəfat edib. O, “Mariya ilə Mustafa” serialının çəkilişi üçün getdiyi Nevşehirdə qaldığı hoteldə ürəktutması keçirib. Bu barədə “HaberGlobal” xəbər yayıb. Məlumata görə, yoldaşları onu təcili xəstəxanaya çatdırıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, peşəkar aktyor “Kara Melek”, “Gemide”, […]