Mədəniyyət

Kinomuzun “Qoçu əsgəri” – Nənəsinin molla etmək istədiyi Möhsün Sənani – FOTO

Xalq artisti Möhsün Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olub. Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə – oxumaq, oynamaq, çalmaq bacarığına malik idi. “Sənani” onun təxəllüsüdür. Onun əsl soyadı Cəfərovdur. Oxu.Az xəbər verir ki, bu gün Azərbaycan teatr və kinosunun korifey sənətkarı, Xalq artisti Möhsün […]

Mədəniyyət

Könüllərə, ruhlara mənəvi qida verən bəstəkar: Elza İbrahimovanın anım günüdür

Elə nəğmələr var ki, insan mənəviyyatının zənginləşməsi, duyğularının kamilləşməsində önəmi əvəzsizdir. Həmişəyaşar mahnılarla insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil. Oxu.Az xəbər verir ki, bu gün vəfatından 12 il ötən Azərbaycanın Xalq artisti Elza İbrahimova bu xoşbəxtliyi qazanmış sənətkarlardandır. Duyğumuza hakim kəsilən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey […]

Mədəniyyət

51 illik ömrün hekayəsi: Şeirləri musiqiyə ölçülmüş dahi şair – FOTO

Bütün ölkə tək onun poeziyasını, dramaturgiyasını deyil, sözlərinə yazılmış mahnıları da sevirdi. O mahnılar ki, bu gün də böyük şövq və zövqlə səsləndirilir – konsert proqramlarında, radio dalğalarında, məclislərdə, ziyafətlərdə… Onun şeirləri musiqiyə ölçülmüşdü. Mahnı müəllifləri iddia edirdilər: İslam Səfərli mahnı poeziyasını əsl poeziya səviyyəsinə ilk çatdıranlardan biridir. “Ana”, “Bir könül sındırmışam”, “Bakı, sabahın xeyir”, […]

Mədəniyyət

Cəlil Məmmədquluzadənin doğum günüdür

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin doğum günüdür. Oxu.Az xatırladır ki, o, 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb. Çar hökuməti 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsi yaradılması haqqında […]

Mədəniyyət

Əməkdar artist Suğra Bağırzadənin doğum günüdür

Bu gün Azərbaycan aktrisası və rəssamı, Azərbaycan Respublikasının Əməkdar artisti Suğra Bağırzadənin doğum günüdür. Oxu.Az xatırladır ki, Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.  Orta təhsilini Bakıda 7 saylı tam orta məktəbdə alıb. Uşaq yaşlarından incəsənətə böyük marağı olub. İlk uğuru 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə “Bolşoy Teatr”ın səhnəsində solo ifa etdiyi “Cücələrim” mahnısı olub. Məhz Suğra Bağırzadənin […]

Mədəniyyət

Səməndər Rzayevin məzarının baxımsız olması ilə bağlı məlumat yayıldı: Qızından REAKSİYA

Sosial şəbəkələrdə və yerli mediada mərhum aktyor Səməndər Rzayevin məzarının baxımsız olması ilə bağlı məlumat yayılıb. “Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı aktyorun qızı Rübabə Səməndər sosial şəbəkədə açıqlama yayıb. O bildirib ki, bunlar yalan məlumatlardır və əks olunan görüntülər montaj edilərək paylaşılıb. R. Səməndər atasının məzarından foto paylaşaraq, – “Budur ailəmin məzarı. Görün burada […]

Mədəniyyət

Azərbaycanın “Çelentanosu”nun doğum günüdür – VİDEO

Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Əməkdar artisti Əsgər Məmmədoğlunun doğum günüdür.  Oxu.Az xatırladır ki, Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram […]

Mədəniyyət

Maksim Qalkin konserti üçün Bakıya gəlib – VİDEO

Rusiyanın populyar yumaristi və şoumeni Maksim Qalkin Bakıdadır. Bu barədə o, özünün “Instagram”dakı səhifəsində məlumat verib. Məşhurun sözlərinə görə, sabah paytaxtın Konqres Mərkəzində onun konserti baş tutuacaq. Qalkin Bakının gözəl və günəşli olduğunu qeyd edib və hər kəsi konsertində iştiraka çağırıb.         Посмотреть эту публикацию в Instagram           […]

Mədəniyyət

Folklorşünas alim: “Xıdır Nəbi bayramı təbiətin oyanmasının başlanğıcı sayılır”

Xıdır Nəbi, yaxud Xıdır İlyas Naxçıvan diyarının qədim tarixə malik və el arasında geniş yayılmış mərasimlərindən biridir. Hər il fevral ayının 9-u, 10-u, bəzi kəndlərdə isə 14-ü, 15-i (Xıdır İlyasın doğulduğu gün) Xıdır Nəbi bayramı xüsusi qeyd edilir. Mərasim həm də fevralın 1-dən 20-dək olan kiçik çilləyə təsadüf edir. Tədqiqatlarda Xıdır Nəbi “su, külək və […]

Mədəniyyət

Nurəddin Mehdixanlı: “Azərbaycan xalqı dövlətini dünyada söz sahibi edən liderini seçdi”

“Azərbaycan xalqı dövlətini dünyada söz sahibi edən liderini seçdi”. “Report” xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı deyib. “Azərbaycan xalqı öz rəhbərini seçdi. Ölkəmiz hərbi siyasi, iqtisadi cəhətdən çox inkişaf edib. İşğalda olan torpaqlar İlham Əliyevin rəhbərliyi altında azad edilib. Bu günə qədər bütün seçkilərdə iştirak etmişəm. Bu gün keçirilən seçki dünyaya mesajdır. […]