Kriminal

Masallıda həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs HƏBS EDİLDİ

Yanvarın 27-də Masallı rayonu Musaküçə kənd sakini 1994-cü il təvəllüdlü Elnur Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Masallı Rayon Prokurorluğu məlumat yayıb. İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Nurlan Nuriyevin yanvarın 21-də aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elnur Məmmədovun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı xəsarətlər yetirməsi nəticəsində […]

Kriminal

“Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı azadlığa buraxıldı

“Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevə hökm oxunub. “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Mahir Qonşuyev 3 il müddətinə azadlıqdan məhrum edilib və cəza şərti hesab olunaraq məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, meyxanaçı saxlanılarkən […]

Kriminal

Sabiq icra başçısının gəlini Ali Məhkəməyə müraciət etdi

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin gəlini qayınatası ilə bağlı hökmdən narazıdır. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkumun gəlini İlkanə Quliyeva hökmün əmlakların müsadirəsi hissəsi ilə əlaqədar maraqlı şəxs kimi Ali Məhkəməyə müraciət edib. Quliyeva iddia edir ki, qayınatasının əmlakı kimi dövlət nəfinə alınan Bakı şəhərində yerləşən evlərdən biri əslində ona məxsusdur. O, […]

Kriminal

Zabratda döyülən yeniyetmə videosu ilə şantaj edilibmiş – FOTO

Daxili İşlər Nazirliyi (DİN) Zabratda səkkizinci sinif şagirdinin döyülməsi ilə bağlı məsələyə münasibət bildirib.  DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yanvarın 29-da Sabunçu rayon Zabrat qəsəbəsi sakini polisə müraciət edərək 14 yaşlı oğlunun döyüldüyü barədə məlumat verib. “Vətəndaş oğlunun birlikdə hazırlığa getdiyi yeniyetmə tərəfindən döyüldüyünü və döyülməni əks etdirən […]

Kriminal

Paytaxtda keçmiş məhkum aptekdən oğurluq etdi

Bakıda aptekdən oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Əmircan qəsəbəsi ərazisində apteklərin birindən 2100 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mahir Bəhmənov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Binəqədidə evdən minlərlə manatlıq qızıl oğurlanıb

Binəqədi rayonu ərazisində mənzillərin birindən 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev məlumat yayıb. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Sumqayıt sakini arvadını bıçaqlayıb

Sumqayıtda bıçaqlanma hadisəsi olub. APA xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonu ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Vaqif Ağasəf oğlu Abdullayevin aralarında baş vermiş münaqişə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Könül Ələsən qızı Abdullayevaya bıçaqla xəsarət yetirdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Ləhiş bağlarında fəhləni öldürməkdə təqsirləndirilən şəxs hökmdən şikayətçidir

Bakıda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Vasif Bayramovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib. Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 1-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 2022-ci il iyulun […]

Kriminal

Abşeronda dörd narkokuryer saxlanılıb, 15 kiloqram narkotik aşkarlanıb – VİDEO

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Novxanı, Məmmədli və Hökməli qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Babayev, Nərgiz Həsənova, Nadir Məmmədov və Səbir Məmmədov saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Onlardan, idarə etdikləri avtomobillərdən və yaşadıqları evlərdən ümumilikdə 15 kiloqram, o cümlədən […]

Kriminal

Su polisi kartdan 15 min manat oğurlayaraq qaçan şəxsi saxlayıb – VİDEO

Polis əməkdaşları tərəfindən bank kartlarından edilən oğurluqların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.  Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Belə ki, DİN Su Nəqliyyatında Polis İdarəsinə xidməti ərazidə olan bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü […]