Kriminal

Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb

Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb. “Report”un xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayonunda qeydə alınıb. 1977-ci il təvəllüdlü Anar Famil oğlu İsmayılovun meyiti yoldan keçən sakinlər tərəfindən aşkar olunub. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. Xeberal.az

Kriminal

Jurnalist Şahin Rzayev həbs edilib

Jurnalist Şahin Rzayev saxlanılıb. APA xəbər verir ki, jurnalist xırda xuliqanlıq etməkdə təqsirləndirilib. Məhkəmənin qərarı ilə o, 15 gün inzibati qaydada həbs edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı faktı təsdiqləyib. Xeberal.az

Kriminal

“Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova barəsində qərar qəbul edilib

Məhkəmə “Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova haqqında qərar qəbul edib. “Report”un məlumatına görə, Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli […]

Kriminal

Qızlara söz atan şəxsi öldürən Ali Məhkəməyə müraciət etdi

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirləndirilən Teymur İsmayılovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib. Pravda.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses gələn il yanvarı 17-nə təyin edilib. Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. İttihama görə, 2020-ci il sentyabrın 10-da saat 19 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 1988-ci il təvəllüdlü Elgün İsmayılovun üzərində zorakılıq əlamətləri […]

Kriminal

İnsan alverində təqsirləndirilən qadın cəzasının yüngülləşdirilməsini istəyir

İnsan alverində təqsirləndirilən Təranə İsmayılovanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 18-nə təyin edilib. O, cəzasının yüngülləşdirilməsini istəyir. Qeyd edək ki, Təranə İsmayılovanın azərbaycanlı qadınları aldatma yolu ilə, həmçinin hədə-qorxu ilə məcbur etməklə cinsi istismar edilməsi məqsədilə xaricə […]

Kriminal

Qubada qadını elektrik cərəyanı vuraraq öldürüb

Qubada qadını elektrik cərəyanı vuraraq öldürüb. APA xəbər verir ki, Çiçi kənd sakini Bəsti Hüseyn qızı Ələkbərova yaşadığı evin həyətində yerləşən hamam otağının qarşısında olan elektrik naqillərinə toxunaraq cərəyan vurması nəticəsində ölüb. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır. Xeberal.az

Kriminal

Xaçmazda kafedə dava: Xəsarət alan var

Xaçmazda kafedə kişi döyülərək ağır xəsarət alıb. APA xəbər verir ki, Xudat səhərində yerləşən kafedə Ağayev Renat Çingizoviç və başqaları aralarında yaranmış mübahisə zamanı Azər Bəxtiyar oğlu Əliyevi döyərək ona baş beyin əzilməsi və açıq kəllə beyin travması xəsarəti yetirilib. Fakt üzrə Xaçmaz RPŞ-də araşdırma aparılır. Xeberal.az

Kriminal

Gömrükdə “kahı” ƏMƏLİYYAT – Cinayətkarlardan qeyri-adi üsul + FOTO

Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına tərəvəz yükü daşıyan nəqliyyat vasitəsində qeyri-adi üsullarla gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən xəbərə görə, yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü üzərində, avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanınan bəyan edilməyən hər […]

Kriminal

Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs ələ keçdi – FOTO

Paytaxt ərazisinə külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Nərimankənd kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Siyəzən rayon sakini Sədrəddin Musayev saxlanılıb. Ona məxsus idman çantasından […]

Kriminal

Bakıda qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə Səbail Rayon Prokurorluğunun məlumatında deyilir. Bildirilir ki, yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu […]