Kriminal Manşetüstü

Məşhur aktyor narkotik vasitənin təsirindən öldü

90-cı illərdə bir sıra məşhur filmlərdə rol almış aktyor Brayn Tarantina qəfil vəfat edib. XəbərAl.az xəbər verir ki, aktyor qardaşı oğlunun Nyu Yorkdakı evində dozadan artıq narkotik vasitənin təsirindən keçinib. Onun meyitini evə gələn qardaşı oğlu aşkarlayıb. Qeyd edək ki, 1984-cü ildə çəkilən və dünya şöhrəti qazanan “Cotton Club” (Qanqsterlər klubu) adlı filmdə rol alan […]

Kriminal Manşetüstü

Azərbaycanda yol terroru davam edir – 6 ÖLÜ, 24 YARALI

Noyabrın 2-də Azırbaycanda baş vermiş yol qəzalarında 6 nəfər dünyasını dəyişib. XəbərAl.az xəbər verir ki, dünən ölkə yollarında ölüm və xəsarətlə nəticələnən 17 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 6 nəfərdən başqa, daha 24 nəfər xəstəxanalara yerləşdirilib. Ölümlə nəticələnən qəzalardan 4-ü piyadaların vurulması halı olub. Belə ki, Kürdəmir, İsmayıllı, Şəmkir və Şirvanda avtomobillərin vurduğu […]

Kriminal Manşetüstü

Şəmkirdə qız qaçıranlar onun qardaşına… – Gözlənilməz olay

Şəmkir rayonunda 18 yaşlı oğlan bacısını qaçıranlara mane olmaq istəyən zaman xəsarət alıb. XəbərAl.az-ın məlumatına görə, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb. 21 yaşlı qızı evlənmək məqsədi ilə avtomobilə mindirilərək qaçıran zaman qızın 18 yaşlı qardaşı buna mane olmaq istəyib. Qızı qaçıranlardan biri onu maşından uzaqlaşdırmaq məqsədi ilə itələyib. Yerə yıxılan gənc başından ağır xəsarət alıb. […]

Kriminal manset

Goranboyda əri tərəfindən döyülən qadın xəsarət alıb

Goranboy rayonunda əri tərəfindən döyülən qadın xəsarət alıb. XəbərAl.az-ın  məlumatına görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb. Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü qadın baş, boyun və üz nahiyəsindən xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qadın hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyini bildirib. Faktla bağlı araşdırma aparılır.

Kriminal manset

Şəki sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb

Şəki sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb. Bu barədə XəbərAl.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, polis əməkdaşları şəhər sakini, 50 yaşlı Telman Əhmədovun yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat əldə edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana […]

Kriminal manset

Kişi 15 yaşlı qıza təcavüz etdi – Qusarda şok olay

Qusar rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan Azər Əlisultanovun barəsində cinayət işi başlanıb. XəbərAl.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. İttihama görə, Azər Əlisultanov rayon sakini, 15 yaşlı Samirə […]

Kriminal manset

Azərbaycanda silahlı insident – 2 nəfər güllələndi

Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib. Köçəsgər kəndinin sakinləri Məmmədov Qabil Ələsgər oğlu (1968) və Əlləcov Yüsif Əsgər oğlu (1959) kürək nahiyələrindən güllə yarası alıblar. Yaralılardan biri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, digəri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.(Report)

Kriminal manset

İş adamına pul atan müstəntiqin sabiq köməkisi ilə bağlı – Qərar

Bakıda dələduzluq və rüşvət almaqda ittiham olunan Səbail rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Elnur Babayevin apelyasiya şikayətinə baxılıb. XəbərAl.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Elnur Babayevin barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayət təmin olunmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur […]

Kriminal manset

DİN və Baş Prokurorluqdan 2 noyabr mitinqi ilə bağlı SƏRT XƏBƏRDARLIQ

Xəbər verildiyi kimi, Demokratik Qüvvələrin Milli Şurası adlandırılan quruma daxil olan partiya və birliklər, o cümlədən özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli tərəfindən oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nümayişkəranə və kobud şəkildə pozularaq Bakı metropoliteninin “28 May” stansiyasının önündə nəqliyyatın hərəkətinin iflic olmasına, ətrafdakı insanların […]

Kriminal manset

Astarada 17 il axtarışda olan şəxs tutuldu

Astara rayon polis şöbəsinin və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan XəbərAl.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində […]