Kriminal

Bakıda 8 min manatlıq oğurluq edən şəxslər ələ keçdilər

Bakıda oğurluq edən şəxslər tutulublar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 19-na keçən gecə Puta qəsəbəsi ərazisində bir nəfərin torpaq sahəsindən 8000 manat dəyərində tikinti materialı oğurlamaqda şübhəli bilinən Elman Muradov və Mürsəl Əhmədov saxlanılıblar. Faktla bağlı araşdırma aparılır Xeberal.az

Kriminal

Məhkəmə qadının 210 min manatlıq qızıllarını oğurlayan şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən E.Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2001-ci il təvəllüdlü […]

Kriminal

Abşeronda kişi intihar edib

Abşeronda intihar hadisəsi baş verib.  Lent.az-ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsi, Nübar yaşayış massivində qeydə alınıb. Orada yaşayan 63 yaşlı Zahid Baxşəliyev evdə özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.  İntiharın səbəbləri hələlik bəlli deyil.  Xeberal.az

Kriminal

Sumqayıtda toyda iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxundu

Sumqayıtda toyda iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən Rafiq Kərimduxta hökm oxunub. “Report” xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən Rafiq Kərimduxt 14 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin iyulunda Sumqayıtda yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Araşdırma […]

Kriminal

On min manatlıq oğurluq edən şəxslər tutulub – FOTO

Biləsuvar və İmişli rayonlarının ərazisindən çoxsaylı oğurluqlar edən həmkəndlilər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif obyekt və ərazilərdən oğurluqlar etməkdə şübhəli bilinən İmişli rayonunun Aranlı kənd sakinləri K.Balakişiyev, M.Mirzəyev və V.Nərimanlı müəyyən edilərək saxlanılıblar. Onların müxtəlif vaxtlarda Biləsuvar rayonu […]

Kriminal

Ailəsinin beş üzvünü öldürməkdə təsdiqləndirilən Əhmədla bağlı daha bir İDDİA – VİDEO

Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir. Həmin iddialardan bir neçəsi “Space” TV-nin efirində yayımlanan “Gəl, danış” verilişində səsləndirilib. Belə ki, efirə telefon zəngi vasitəsilə qoşulan Nadir adlı şəxs Əhməd Əhmədovun illər əvvəl ona xəsarət yetirdiyini iddia edib: “4-5 il bundan öncə Muşfiqabad qəsəbəsində Əhməddən saatı soruşmuşdum. O da məni […]

Kriminal

Qeyri-rəsmi nikahda yaşadığı qadını övladlarının gözü qarşısında öldürən şəxsə AĞIR CƏZA

Qeyri-rəsmi nikahda yaşadığı qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Teymur Məmmədova hökm oxunub. “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, T.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror Eldar Həmzə məhkəmədən təqsirləndirilən şəxsin 19 il 2 ay […]

Kriminal

Astarada 60 yaşlı qadını yük avtomobili vurub – FOTO

Astara rayonunda 60 yaşlı qadını yük avtomobili vurub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədov idarə etdiyi DAF markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Astara Rayon Polis […]

Kriminal

Şərurda 28 yaşlı qadın dəm qazından ölüb

Şərur rayonunda 28 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. APA xəbər verir ki, hadisə rayonunun Dizə kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Xədicə Tağı qızı Bağırova hamamda dəm qazından boğularaq ölüb. Faktla bağlı Şərur Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Xeberal.az

Kriminal

Xaçmazda evdə partlayış: Xəsarət alan var

Xaçmaz rayonunun Hülövlü kəndində fərdi yaşayış evində partlayış olub. APA-nın Şimal bürosu xəbər verir ki, qaz sobasının partlaması nəticəsində həmin evdə yaşayan Faiq Məmmədov yüngül yanıq xəsarətləri alıb. Ona Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az