Kriminal

Rəşad Dağlının qətldən əvvəl bıçaq alan görüntüləri – VİDEO

Meyxanaçı Rəşad Dağlı qətl törətmək üçün mağazadan bıçaq alanda kameralara düşüb. Lent.az həmin görüntüləri əldə edib. Görüntülərdən belə məlum olur ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da gecə saat 04 radələrində mağazaya daxil olur. Mağazada vitrindəki bıçağı seçən meyxanaçı pulunu ödəyərək oranı tərk edir.  İstintaq zamanı dindirilən Rəşad Dağlı bildirib ki, İskəndər Mehdiyevlə görüşə gedərkən […]

Kriminal

Hipermarketə silahlı hücuma görə tutulan şəxs məhkəmədə ifadə verib

Bakıda “Bravo” hipermarketində baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azər Məmmədov ifadə verib. O, ifadəsi zamanı bu işdən xəbəri olmadığını və təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını bildirib: ”5-6 il bundan öncə Bakıya işləməyə gəlmişəm. […]

Kriminal

Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb – FOTO

Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər nəticəsində rayon sakini N.Abdullayev Günəşli kəndinin ərazisindəki örüş sahəsindən tapdığı bir ədəd “Valter” tipli tapança və beş ədəd patronu könüllü […]

Kriminal

Ərinin qətlini sifarişdə təqsirləndirilən qadının məhkəməsində şahid: “Qardaşımı qan içində gördüm”

Paytaxtda sifarişlə qətl törətməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Pəricahan Seyidova dindirilib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs keçmiş gəlini olub: “Axşam mərhum oğlum zəng etdi ki, hamınız hazırlaşın, sizi aparacam restorana. Həmin vaxt […]

Kriminal

Nazirlik: “Vətəndaşlarda olan qanunsuz silah-sursat götürülüb” – FOTO/VİDEO

Beyləqan rayonunda dörd ədəd odlu silah polisə təhvil verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Tədbir zamanı rayon sakinlərinin mərhum ailə üzvlərinə məxsus dörd ov silahı polis əməkdaşları tərəfindən təhvil götürülüb. Bu istiqamətdə […]

Kriminal

Sabiq gömrük əməkdaşının məhkəməsinin vaxtı bilindi: 13 minlik rüşvət qalmaqalı

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin sabiq eksperti Aslan Bayramovun cinayət işi üzrə məhkəmə istintaqının vaxtı məlum olub. “Qaynarinfo” xəbər verir ki, dekabrın 20-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas Bakı Ağır Cinayətlər məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək. Aslan Bayramov cari ilin avqustunda saxlanılıb. Baş Prokurorluğun həmin vaxt yaydığı […]

Kriminal

Həbs edilən fermerin çobanı ona qarşı 45 minlik dələduzluq etdi – MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Səlimovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub, həbs qətimkan tədbiri […]

Kriminal

Goranboyda oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb – FOTO

Goranboyda oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin oktyabr ayında quldurluq etdiyinə görə saxlanılan Ümid Məmmədovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət əməli də aşkarlanıb. Araşdırmalar zamanı məlum oub ki, Ü.Məmmədov […]

Kriminal

Gürcüstandan Azərbaycana pirotexniki vasitə və ratsiyanın qanunsuz gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qanunsuz olaraq xeyli miqdarda pirotexniki vasitə və ratsiyanın gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında, komitənin Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu […]

Kriminal

Atasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin yenidən məhkəməsi başladı

Şirvan Apellyasiya Məhkəməsində İmişli rayonunda atasını qətlə yetirməkdə təqsirləndirilən rayon sakini Cavid Bədirxanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Bədirxanovun hadisəni törədərkən […]