İqtisadiyyat

Azərbaycanda qeyri-neft-qaz sənayesində məhsul istehsalı artıb – FOTO

Azərbaycanda 2024-cü ilin ilk üç ayında qeyri-neft-qaz sənayesində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib. Paylaşımda deyilir: “2024-cü ilin yanvar-mart aylarında qeyri-neft-qaz sənayesində məhsul istehsalı 2023-cü ilin eyni dövrünə nisbətən 7,8% artaraq 4,4 milyard manata çatıb”. 2024-cü ilin yanvar-mart aylarında #qeyrineft-qaz sənayesində […]

İqtisadiyyat

Biznes subyektləri və potensial sahibkarlar biznes təlimlərindən yararlanıblar

Cari ilin yanvar-mart ayları ərzində KOB subyektlərinin biznes biliklərinin artırılması və sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 75 təlim təşkil olunub. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması və digər […]

İqtisadiyyat

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib – FOTO

Aprelin 16-da Bakı şəhəri, Sabunçu rayonunun Zabrat-1 qəsəbəsi, Babək küçəsi, 101A ünvanında yerləşən “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib. AZƏRTAC xəbər verir ki, 1 741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram 169,392 qram və 62 700 […]

İqtisadiyyat

Tokayevin İrəvandakı bəyanatının doğurduğu üç sual – TƏHLİL

İrəvana səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla mətbuat konfransında yeni ideya ilə çıxış edib. Tokayevin ideyası Azərbaycan və Ermənistan arasında açıq qalan məsələlərin həlli üçün Qazaxıstanın vasitəçilik platformasını təqdim edir. İdeyanın pərdəarxası ilə bağlı məqamları istər-istəməz üç sualı aktuallaşdırır: 1. Tokayev sırf Astananın öz təşəbbüsünü irəli sürürmü? 2. Qazaxıstan liderinin […]

İqtisadiyyat

Azərbaycanda Ümumi Daxili Məhsulun dinamikasında müsbət meyillər davam edir – FOTO

Azərbaycanda Ümumi Daxili Məhsulun dinamikasında müsbət meyillər davam edir. Bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.  Paylaşımda bildirilir: “Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir. Cari ilin ilk rübündə ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 29,1 milyard manat, qeyri-neft-qaz sektorunda isə 6,7% artaraq 18,7 milyard manat […]

İqtisadiyyat

İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?

Pərviz Heydərov yazır… Statistikaya əsasən, ölkəmizdə 2021-ci ildən başlanan inflyasiya və bahalaşma tendensiyası səngiməkdə davam edir. Bu, sevindirici haldır. Cari ilin birinci rübü ərzində istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,3% aşağı olduğu halda, qeyri-qida və əhaliyə göstərilən xidmətlər üzrə isə müvafiq şəkildə 1,4% və 2,5% […]

İqtisadiyyat

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? – AÇIQLAMA + FOTO

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkilin sözlərinə görə, ərin pensiyası çoxdursa, öləndən sonra həyat yoldaşına fərq verilir, yaxud da əksinə: “Burada ər-arvad məsələsi var və bir də ölənin himayəsində kimsə varsa ona verilir. Mənəvi cəhətdən deyirik ki, adam ömrü boyu […]

İqtisadiyyat

İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunurlar

İstehsal ilə məşğul olan sahibkarlar Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisədə keçirilən təlimlərə dəvət olunurlar. Təlim proqramı ilə sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması, rəqabət qabiliyyətliliyinə dair bacarıqlarını artırmaqla müasir biliklərə yiyələnəcək və öz müəssisələrində tətbiq […]

İqtisadiyyat

Azərbaycanda yüksəkmaaşlı sahələr – SİYAHI

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 2024-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq […]

İqtisadiyyat

Ekspert: “Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir”

“Hidrogen enerjisi texnologiyalarının inkişafı üzrə təşəbbüslər genişlənəcək”. Bunu “Report”a açıqlamasında Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının ekoloji cəhətdən təmiz hidrogen üzrə mütəxəssislər qrupunun rəhbəri Məhəmməd Əbu Laban deyib. Ekspert hesab edir ki, bu cür enerjidən istifadə etmək üçün infrastrukturun yaradılmasının ilkin xərcləri yüksək olsa da, uzunmüddətli iqtisadi səmərə belə keçidi cəlbedici edir: “Hökumətlər və enerji şirkətləri hidrogendən […]