İqtisadiyyat

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin ilk iclası keçirilib

Avqustun 28-də yeni yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin (AİH) İdarə Heyətinin ilk iclası keçirilib. Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından və Müşahidə Şurasının qəbul etdiyi qərarlardan irəli gələn vəzifə və tapşırıqların icrası müzakirə olunub. İclasda həmçinin Holdinqin fəaliyyətə başlaması ilə əlaqədar bir sıra təşkilati-inzibati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

İqtisadiyyat

Dolların ucuzlaşmasının davam edəcəyi proqnozlaşdırılır

Bank (FED) sədrinin gözlənilənlərin tam əksinə bir açıqlama etməsi, dollar, avro və funt kimi aparıcı valyutalarda yüksək volatilliyə səbəb olub. Bu, bazar iştirakçılarının FED qərarının dəyərləndirilməsində əmin olmadıqlarını göstərir. Amerika iqtisadiyyatının Korona böhranı fonunda böyük zərər görməsi, FED-in yumşaq monetar siyasətində yenidən baxmasına səbəb olub. Açıqlanan yeni strategiyada isə daha yüksək inflyasiyanın qarşısının alınmayacağı ilə […]

İqtisadiyyat

Azərbaycan Ukraynanın Çernomorsk limanına investisiya yatıra bilər

2021-ci ildə Ukraynanın Çernomorsk limanında xarici investorlara gömrük güzəştləri təklif olunacaq. “The Odessa Journal”  xəbər verir ki, bunu Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliy deyib. Onun sözlərinə görə, güzəştlər çərçivəsində limanı tamamlayacaq 150 mln. qrivna (4,61 mln. avro) həcmində investisiyanın cəlb edilməsi planlaşdırılır. Cəlb olunacaq investisiya çərçivəsində yük maşınlar üçün yeni dayanacaq, sərnişinlər və sürücülər üçün […]

İqtisadiyyat

Neft bahalaşır

RT xəbər verir ki, WTI markalı neftin oktyabr fyuçersləri 0,23 faiz bahalaşaraq, bir bareli 42,92 dollar olub. Oktyabr tədarükü üçün “Brent” markalı neftin fyuçersləri 0,36 faiz bahalaşaraq, bir bareli 45,06 dollar təşkil edib.

İqtisadiyyat

Neft ucuzlaşır

Dünya bazarında neftin qiyməti düşməyə davam edir. Xeberal.Az xəbər verir ki, avqustun 19- da WTI markalı neftin sentyabr fyuçersləri 0,61 faiz ucuzlaşaraq, bir bareli 42,63 dollar olub. Oktyabr ayı üçün “Brent” markalı neft fyuçersləri 0,73 faiz ucuzlaşaraq, bir bareli 45,13 dollar təşkil edib.

İqtisadiyyat

Neftin qiyməti düşür

Dünya birjalarında neftin qiymətinin düşdüyü müşahidə olunur. Xeberal.Az xəbər verir ki, avqustun 18-də WTI markalı neftin sentyabr fyuçersləri 0,35% ucuzlaşaraq bir bareli 42,74 dollar olub. “Brent” markalı neftin oktyabr fyuçersləri 0,24% azalaraq bir bareli 45,26 dollara düşüb.

İqtisadiyyat

Azərbaycanda kafe-restoran sahiblərinə xəbərdarlıq edildi – RƏSMİ

Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə dair müvafiq qərarlar qəbul edilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu qərarlara əsasən, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, insanlar arasında sıxlıq […]

İqtisadiyyat

Rəvan Sığorta” fəaliyyətini dayandırır – Nuru Əliyev iflas edir?..

Məşhur iş adamı Nuru Əliyev sığorta bazarını tərk etdi… Koronavirus pandemiyası ilə əlaqədar yaranmış iqtisadi böhran sığorta şirkətlərindən də yan keçməyib. Artıq bəzi şirkətlər sığorta bazarını tərk etmək qərarına gəliblər. Xeberal.Az yenisabah.az-a istinadən xəbər verir ki, konkret olaraq “Rəvan Sığorta” ASC sığorta fəaliyyəti ilə əlaqədar lisenziyasını ləğv edilməsi üçün Mərkəzi Banka müraciət edib. Yayılan məlumatlarda […]

İqtisadiyyat

Azərbaycanın ən çox mal satdığı və mal aldığı ölkələr – SİYAHI

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 155 ölkədən idxal olunub. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş […]

İqtisadiyyat Manşetüstü

Neftin 35 dollarlıq qiyməti… – Nazir

Güman edirik ki, dövlət büdcəsində neftin bir barrelinin qiymətinin 35 ABŞ dollarından götürülməsi özünü doğruldacaq. Xəbəral.az  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib. “Bir neçə ay bündan öncə neft qiymətləri 12-13 dollara düşmüşdü. Azərbaycan nefti də ucuzlaşmışdı. Neftin qiyməti ilə bağlı […]