İqtisadiyyat

Kakaonun qiyməti rekord vurdu

Kakao dənələrinin qiyməti bir ton üçün 5,6 min dolları ötməklə yeni tarixi rekorda imza atıb. Bunu Londonun “ICE Futures” birjasında ticarət məlumatları sübut edir. Mart ayı kakao fyuçerslərinin dəyəri bir ton üçün 5 625 dollara yüksəlib ki, bu da əvvəlki günün bağlanış qiymətindən 3,97% çoxdur. Yeni rekord əvvəlkindən cəmi bir həftə sonra qeydə alınıb. Hələ […]

İqtisadiyyat

Fevral ayında sahibkarlar üçün müxtəlif mövzularda görüşlər və maarifləndirici tədbirlər keçiriləcək – FOTO

Fevral ayında sahibkarlar üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə 10-dan çox mövzuda sahəvi, eləcə də maarifləndirici görüşlər təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək tədbirlər arıçılıq, heyvandarlıq, çayçılıq, ailə kəndli təsərrüfatının inkişafı, baramaçılıq və ipəkçilik, turizm və ictimai iaşə, aqrobiznes, ərzaqlıq buğda istehsalı, üzümçülük və şərabçılıq, qadın sahibkarlığının inkişafı, güzəştli […]

İqtisadiyyat

Azərbaycanda vergi ödəyicilərinin sayı 8% artıb

Bu il fevralın 1-nə Azərbaycanda 1 522 750 vergi ödəyicisi uçotda olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, bunun 87,3%-ni fiziki şəxslər, 12,7%-ni hüquqi şəxslər və digər təşkilatlar təşkil edib. Ötən il fevralın 1-nə nisbətən vergi ödəyicilərinin ümumi sayı 8%, o cümlədən fiziki şəxslərin də sayı 8% (ümumi artımın […]

İqtisadiyyat

Samir Şərifov: “Əlavə gəlirlər və qənaət olunan vəsaitlər ilk növbədə Qarabağa yönəldiləcək” – MÜSAHİBƏ + FOTO

Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, Qarabağ və Şərqi Zəngəzur rayonlarının milli iqtisadiyyata reinteqrasiyası əsas prioritetə çevrilib. Eyni zamanda qələbəni təmin etmiş hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzillə təminatı istiqamətində davamlı fəaliyyət həyata keçirilir. Həm bu məsələlər, həm də dövlət borcu ilə […]

İqtisadiyyat

Bakıda Xəzər dənizində qazma işlərinə dair konfrans başlayıb

Bakıda SOCAR və Beynəlxalq Qazma Şirkətləri Assosiasiyasının təşkilatçılığı ilə ikigünlük “Drilling Caspian” beynəlxalq konfransı başlayıb. Bu barədə “Trend” agentliyi xəbər verib. Tədbirdə SOCAR-ın Qazma İdarəsinin nümayəndəsi Asif Zəngi giriş təqdimatı ilə çıxış edib. Konfransda MENA-nın tədqiqat direktoru, “Rystad Energy Aditya Sapasvatt”, “GL LTD”nin quyular və qazma üzrə direktoru David Triolo, SOCAR AQŞ, “Turan Drilling and Engineering”in […]

İqtisadiyyat

Maaşlar artırılacaq?

Pərviz Heydərov yazır… Bütün növ əmək pensiyalarının sığorta hissəsinin ötən il qeydə alınan orta aylıq nominal əməkhaqqının illik artım faizi göstəricisinə uyğun olaraq qaldırılması həyata keçirildi və ödənişlər 11,2% yüksəldi.  İndi də işləyən vətəndaşları əməkhaqlarının artırılıb, artırılmayacağı düşündürür. Ötən yazılarımda qeyd etmişdim ki, 2024-cü il üçün növbəti sosial paket icra etmək nəzərdə tutulmayıb. 2019-cu ildən […]

İqtisadiyyat

İnflyasiyaya uğrayan ölkələrin reytinqi açıqlandı

İnflyasiyaya uğrayan ölkələrin reytinqi açıqlanıb. Argentina 2023-cü ilin yekunları üzrə ən yüksək inflyasiyaya uğrayan ölkələrin reytinqinə başçılıq edərək, uzun müddətdir lider olan Venesuelanı geridə qoyub. Livan 192% inflyasiya ilə ikinci yerdədir. Venesuela ilk üçlüyü tamamlayır, burada qiymət artımı bir il ərzində 190%-ə qədər azalıb. Türkiyədə inflyasiya 2023-cü ildə 65%-ə, Rusiyada isə 7,4%-ə çatıb. Araşdırmaya görə, dünya […]

İqtisadiyyat

IMF: “Azərbaycan Mərkəzi Bankı hibrid inflyasiya hədəfləmə rejiminə keçməlidir”

“Azərbaycan Mərkəzi Bankının (AMB) pul-kredit siyasəti ilə bağlı mövqeyi məqbuldur və onu daha da yumşaltmazdan əvvəl ehtiyatlı olmaq tövsiyə olunur”. Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir. “İnflyasiya hədəf diapazonuna […]

İqtisadiyyat

Müstəqil sığorta ekspertlərinin NƏZƏRİNƏ: Minimum tələblər təsdiqləndi

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”i təsdiq edib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair tələblər, müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə bağlanılan xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqaviləyə dair tələblər, eləcə də müstəqil ekspertlərin hesabatlılığına […]

İqtisadiyyat

Elektromobil sahiblərinin NƏZƏRİNƏ – Yeni qərar İMZALANDI

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib. Oxu.Az xəbər […]