İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatlarının məbləği açıqlanıb

2023-cü ilin yekununda Azərbaycanın strateji valyuta ehtiyatları 66,5 milyard ABŞ dolları təşkil edib. “Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib. Onun sözlərinə görə, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 17% çoxdur. “O cümlədən, ötən il AMB-nin strateji valyuta ehtiyatları 29,1% artaraq 11,6 milyard ABŞ dollarına çatıb”, […]

İqtisadiyyat

Taleh Kazımov: “Azərbaycan bankları bu ildən broker xidmətləri göstərəcək”

“Azərbaycan Mərkəzi Bankı (AMB) bu ildən yerli bankları da broker (vasitəçi) xidmətlərinə cəlb etmək niyyətindədir”. “Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib. “Düşünürük ki, bu addım kapital bazarının daha da genişlənməsinə şərait yaradacaq, çünki banklarımızın geniş filial şəbəkəsi var. Bu sahədə kifayət qədər, əsasən infrastruktur baxımından planlarımız var ki, […]

İqtisadiyyat

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği müəyyənləşib

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği”ni və “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi”ni təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bu Qərara 1 nömrəli əlavənin 2-ci hissəsində müəyyən edilən utilizasiya haqları traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin 2008-ci il […]

İqtisadiyyat

Mərkəzi Bankın sədrindən uçot dərəcəsi ilə bağlı AÇIQLAMA

“2024-cü ildə inflyasiya proqnozu dəyişməz saxlanılıb. Ötən ilin oktyabrında olduğu kimi cari ilin yanvar proqnozlarına görə də, 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir”. AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. T.Kazımov qeyd edib ki, İdarə Heyətinin pul siyasətinə […]

İqtisadiyyat

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini endirib. Bu barədə Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7,5%-ə, faiz dəhlizinin aşağı həddi 6,5%-dən 6%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8,5%-ə endirilib. Bu qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar martın 28-də […]

İqtisadiyyat

UEFA Azərbaycan Premyer Liqasının doqquz klubuna ödəniş edib

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasının doqquz klubuna (“Qarabağ” istisna olmaqla) ödəniş edib. Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat Xidməti məlumat yayıb. 2022/2023 mövsümü üçün ayrılmış 1 milyon 955 min avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. Xeberal.az

İqtisadiyyat

Şəxsi istifadə üçün xaricdən dərman gətirilməsinə məhdudiyyət qoyulub? – RƏSMİ AÇIQLAMA + VİDEO

Son günlər sosial şəbəkələrdə xaricdən ölkəmizə reseptsiz dərmanların gətirilməsinə məhdudiyyət tətbiq edilməsi ilə bağlı xəbərlər yayılıb. Məsələ ilə bağlı Xezerxeber.az-a Səhiyyə Nazirliyinin Analitik Ekpertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev bildirib ki, qüvvədə olan qanuna görə, Azərbaycana gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda, o cümlədən ölkədə dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə […]

İqtisadiyyat

Onlayn ödəniş edənlərə XƏBƏRDARLIQ: Dələduzların qurbanı olmamaq üçün hiperlinklərdə diqqət edilməli məqamlar

“Kiberdələduzlar növbəti dələduzluq növünə əl atıblar. Belə ki, vətəndaşlar saxta veb-sayta yönləndirilərək onlardan qeydiyyatdan keçmək və ödəniş etmək tələb olunur. Dələduzların istifadə etdikləri saxta hiperlinkə (http://e-gov-portal.online/) daxil olan vətəndaşlardan müəyyən məlumatlar istənilir. Domen ünvanda “E-Gov” olması vətəndaşlarda çaşqınlıq yarada bilər və nəticədə onların daxil etdiyi məlumatlardan istifadə edən dələduzlar vətəndaşın hesabından pul vəsaiti çıxara bilərlər”. […]

İqtisadiyyat

Yeddi KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

2024-cü il üzrə ilk “Startap” şəhadətnamələri yeddi KOB subyektinə təqdim edilib. Bununla da indiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə verilmiş “Startap” şəhadətnamələrinin sayı 130-a çatıb. “Startap” şəhadətnamələri fərdi sahibkar Nigar Novruzzadənin incəsənət əsərlərinin satışı üçün onlayn platforma, “Cybersign” MMC-nin kibertəhlükəsizlik sahəsində onlayn xidmətlər, “Oneplusone” MMC-nin həvəskar idmançılar […]

İqtisadiyyat

İqtisadiyyat Nazirliyi ilə İslam İnkişaf Bankı arasında anlaşma memorandumu imzalanıb – FOTO

“İslam İnkişaf Bankının prezidenti cənab Məhəmməd Süleyman Əl-Casir ilə videokonfrans formatında keçirdiyimiz görüşdə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu”nu imzaladı”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib. Bildirilib ki, sənədin icrası tərəflər arasında əməkdaşlığın və ölkəmizin sosial-iqtisadi inkişaf […]