İqtisadiyyat

Naxçıvanın İqtisadiyyat Nazirliyi yeni strukturla fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yeni strukturla fəaliyyətə başlayıb. Bu barədə Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, Naxçıvan Ali Məclisinin sədri 29 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin əsasnaməsinin və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sözügedən fərmanda nazirliyin və tabeli xidmətlərin (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi […]

İqtisadiyyat

“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində ilk tədbir Xaçmazda keçirildi – FOTO

“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində ilk tədbir Xaçmazda keçirilib. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara maliyyə resurslarına çıxış, bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib, sualları cavablandırılıb. Regionlarda fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət […]

İqtisadiyyat

Mikayıl Cabbarov Albaniyanın baş nazirinin müavini ilə görüşüb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə görüşüb. Bu barədə nazir öz “X” hesabında paylaşım edib. Bildirilib ki, görüşdə ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə səmərəli müzakirələr aparılıb. 🇦🇿 – 🇦🇱 iqtisadi münasibətlərinin inkişafında #energetika, ticarət, #turizm, sənaye, #kəndtəsərrüfatı, nəqliyyat və […]

İqtisadiyyat

Vüqar Bayramov: “Üç ildə Azərbaycan Avropaya 33 milyard kubmetrdən çox qaz ixrac edib”

“Cənub Qaz Dəhlizi nəinki region, bütövlükdə Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu”. Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, son üç ildə Azərbaycan Avropaya […]

İqtisadiyyat

Azərbaycanda yeni fond yaradılır – FƏRMAN

Prezident İlham Əliyev Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.  Bununla bağlı President.az məlumat yayıb.  Fərmana əsasən, Enerji effektivliyi fondu yaradılır və “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilir.  Müəyyən edilir ki, Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və […]

İqtisadiyyat

Azərbaycanda strateji investisiya layihələri üzrə ilk təşviq sənədi verilib – FOTO

Prezident İlham Əliyevin 1 fevral 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” çərçivəsində ilk investisiya təşviqi sənədi bərpa olunan enerji istehsalı sahəsi üzrə “Acva Pover Azərbaycan Renevable Energy” MMC-yə verilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb. Məlumata görə, […]

İqtisadiyyat

Edi Rama: “Azərbaycan qazı Avropanın gələcəyi üçün həlledici əhəmiyyətə malikdir”

“Azərbaycanın təbii qazı Avropanın ümumi gələcəyi üçün həlledici əhəmiyyətə malikdir”. “Report” xəbər verir ki, bunu Albaniyanın Baş naziri Edi Rama martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında deyib. E.Rama bildirib ki, Cənub Qaz Dəhlizi (SGC) Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. […]

İqtisadiyyat

Azərbaycan Avropa şirkəti ilə enerji sahəsində Anlaşma Memorandumu imzalayacaq

Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Avropa Külək Enerjisi Assosiasiyası “Wind Europe” arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq. “Report” xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında baş tutacaq. İmzalanmada […]

İqtisadiyyat

Benzinlə bağlı gömrük rüsumu ləğv edildi – Baş nazirdən QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Oxu.Az-ın xəbərinə görə, dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib: 2710 12 413 0 mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miq- darı 0,013 […]

İqtisadiyyat

Azərbaycan Aİ ilə investisiyaların prioritetləşdirilməsini müzakirə edib – FOTO

Bu gün Bakıda keçirilən Avropa İttifaqı (Aİ) investisiyalarının müəyyən edilməsi və prioritetləşdirilməsi üçün yaradılan yüksək səviyyəli İşçi Qrupunun 2-ci iclasında gələcək fəaliyyətlərə dair müzakirələr aparılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, iclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Adrienn Kirali, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter […]