İncəsənət

Prezident və xanımı Tahir Salahovun dəfn mərasiminə əklil göndərdi

Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Tahir Salahovun dəfn mərasiminə əklil göndərib. XəbərAl.az xəbər verir ki, əklil mərhumun I Fəxri xiyabanda məzarı üzərinə qoyulub. Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.(report.az)

İncəsənət

“Avroviziya”da Azərbaycan qalib olacaq — “Daily Express”

Böyük Britaniyanın nüfuzlu “Daily Express” nəşri Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində qalib olacağını yazıb. XəbərAl.az xəbər verir ki, qəzet bu axşam Samirə Əfəndinin gözlənilməz qalibiyyət əldə edəcəyini qeyd edərək bunun 3 səbəbini sadalayıb: Əfəndinin musiqi yarışmalarındakı təcrübəsi, Azərbaycanın “Avroviziya”da ən uğurlu ölkələrdən biri olması və əvvəllər favorit olmasa da, müsabiqədə qalib gəlməsi.  Vurğulanıb ki, sənətçi qalib titulunu […]

İncəsənət

Mehriban Əliyeva mərhum xalq rəssamı bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində xalq rəssamı Tahir Salahovla bağlı paylaşım edib. XəbərAl.az xəbər verir ki, paylaşımda deyilir: “Tahir Salahov təmizürəkli, səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi. O, özünün çoxşaxəli istedadı, tükənməz enerjisi, peşəsinə hədsiz sədaqəti sayəsində bütün dünyada sənətsevərlərin böyük və sonsuz sevgisini qazanmışdı. Tahir Salahovun nurlu xatirəsi doğmalarının, həmkarlarının, […]

İncəsənət

Xalq rəssamı Tahir Salahov vəfat etdi

Məşhur Sovet və Azərbaycan rəssamı, professor Tahir Salahov Almaniyada vəfat edib. XəbərAl.az xəbər verir ki, bu barədə onun qızı TASS agentliyinə bildirib. Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olu O, 1945-ci ildə Bakı şəhərində […]

İncəsənət

Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq

Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun və opera müğənnisi Bülbülün yeni heykəli ucaldılacaq. Bunu “Report”a açıqlamasında rəssam, heykəltaraş Aslan Rüstəmov deyib. O qeyd edib ki, işğaldan əvvəl Şuşada həm Ü.Hacıbəyovun, həm də Bülübülün abidəsi olub: “Üzeyir Hacıbəyovun heykəlini heykəltaraş Əhməd Salikov hazırlamışdı. Həmin heykəl bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılmışdı, lakin erməni vandalları onu tamamilə […]

İncəsənət

Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq — SƏRƏNCAM

Prezident İlham Əliyev Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, sərəncam görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Sərəncamla Bakı şəhərində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin abidəsi ucaldılacaq. Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin […]

İncəsənət

Koronavirusdan sağalan Xalq artisti xəstəxanadan evə buraxıldı

Xalq artisti Elmira Rəhimova xəstəxanadan evə buraxılıb. Bu barədə APA-ya Xalq artisti özü məlumat verib. O, dünən müalicə aldığı FHN-nin Zığdakı Modul Tipli Hospitalından evə buraxıldığını, hazırda səhhətinin yaxşı olduğunu deyib. Qeyd edək ki, E.Rəhimova bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxmuşdu. XəbərAl.az

İncəsənət

“Eurovision-2021”də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlandı

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adlarını açıqlayıb. İTV-nin mətbuat katibi Aynurə Asimqızı “Report”a bildirib ki, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il öncə, 2011-ci ildə 221 xalla birinci olaraq “Eurovision”u Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcək: “Eldar və […]

İncəsənət

Putin Brilliant Dadaşovanın həyat yoldaşını mükafatlandırdı

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb. “XəbərAl.az” xəbər verir ki, Rusiya Prezidentinin Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “Puşkin” medalı ilə, teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə təltif edilib. Azərbaycan mədəniyyət xadimləri Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin […]

İncəsənət

Pikassonun şah əsəri 19 dəqiqəyə 103,4 milyon dollara satıldı – Foto

Məşhur rəssam Pablo Pikassonun “Pəncərə kənarında oturan qadın” (Mariya-Tereza) tablosu “Christies” hərrac evində satışa çıxarılıb. “XəbərAl.az” xəbər verir ki, bu barədə hərrac evi məlumat yayıb. Bildirilib ki, əsər 19 dəqiqə içində 103.4 milyon dollara alıcı tapıb. Tablonun yeni sahibinin adı açıqlanmayıb. Qeyd edək ki, dahi rəssam əsərdə sevgilisi, modeli və böyük qızının anası Mariya-Terezanı əbədiləşdirib. […]