İncəsənət

Mehriban Əliyeva Ramiz Əzizbəylinin dəfn mərasiminə əklil göndərdi — FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin dəfn mərasiminə əklil göndərib. XəbərAl.az xəbər verir ki, əklil mərhumun “Qurd qapısı” qəbiristanlığında məzarı üzərinə qoyulub. Qeyd edək ki, R.Əzizbəyli iyunun 9-da 73 yaşında koronavirusdan dünyasını dəyişib.

İncəsənət

Ramiz Əzizbəyli vəfat etdi

Xalq artisti, rejissor Ramiz Əzizbəyli uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Bu barədə onun yaxınları məlumat verib. Qeyd edək ki, koronavirusa yoluxan 72 yaşlı R.Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. Onun infarkt keçirdiyi açıqlanmışdı. Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirmişdi. O, uzun […]

İncəsənət

Ramiz Əzizbəylinin son durumu açıqlandı

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son durumu açıqlanıb. Sənətçinin qızı Xədicə Əzizbəyli “Report”a açıqlamasında bildirib ki, atasının vəziyyəti stabil-ağır olaraq qalır. “Atamın vəziyyəti olduğu kimi qalır. Reanimasiya şöbəsində müalicəsini davam etdirir. Həkimlər əllərindən gələni edirlər. Atamın yanaşı xəstəlikləri olduğu üçün 100 faiz dəqiq heç nə deyə bilmirlər. Ümumilikdə vəziyyəti ağır sayılır”, – o deyib. […]

İncəsənət

Prezident Xuraman Qasımovanı təltif etdi

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımova “İstiqlal” ordeni ilə təltif edilib. XəbərAl.az xəbər verir ki , bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Azərbaycan opera müğənnisi (soprano), pedaqoq, Xalq artisti Xuraman Qasımova 6 iyun 1951-ci ildə Bakıda doğulub. Sabah onun 70 yaşı tamam olur. XəbərAl.az

İncəsənət

Xalq artisti Ramiz Əzizbəyli infarkt keçirdi — Vəziyyəti ağırdır

Azərbaycanın Xalq artisti, kino rejissor Ramiz Əzizbəyli infakt keçirib. Bu barədə “Report”a sənətçinin ailəsindən məlumat verilib. Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur ki, koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infakt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti stabil-ağırıdır”. Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ […]

İncəsənət

Ramiz Əzizbəylinin səhhəti ilə bağlı vəziyyət AÇIQLANDI

Yeni növ koronavirusa (COVID-19) yoluxan Azərbaycanın xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son vəziyyəti açıqlanıb. Onun qızı Cəlalə Əzizbəyli Oxu.Az-a bildirib ki, atasının vəziyyəti orta ağır olaraq qalır: “May ayının 28-dən atam Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsinə yerləşdirilib”. XəbərAl.az

İncəsənət

Əməkdar artist Zöhrə Abdullayeva vəfat etdi

Müğənni, Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva vəfat edib. XəbərAl.az xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov məlumat yayıb. Məlumata görə, sklerodermiya xəstəliyindən əziyyət çəkən Z.Abdullayeva 68 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Əvvəl “Lalə qızlar anasmblının”, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. Zöhrə […]

İncəsənət

Kinoteatrların fəaliyyətinə icazə verilmədi — RƏSMİ

Bu gün Baş nazir Əli Əsədovun xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə qərarı ilə iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilib.  Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. Qərara əsasən, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisnadır. XəbərAl.az

İncəsənət

“Artıq dözə bilmirəm” — Əməkdar artist

Əməkdar artist Münəvvər Əliyevanı teatrların olmaması depressiyaya salıb. XəbərAl.az axşam.az-a istinadən xəbər verir ki,  bu haqda aktrisa “Bizimləsən proqramında danışıb. O bildirib ki, yaşadığı həyat tərzi onun üçün maraqsızdır: “Pandemiyada bir şeyi dərk etdim. Anamı həkimə apardım, amma oturub özü ağlayırdım. Deyirəm, artıq dözə bilmirəm. Heç olmasa səhnə var idi, gedib ağrımızı, acımızı, xoşbəxtliyimizi yaşayırdıq. Hansısa […]