İncəsənət

Berlin Film Festivalında bir sıra dəyişikliklərə imza atılıb

Dünyada tüğyan edən pandemiya ilə əlaqədar olaraq Berlin Film Festivalının təşkilatçıları onu virtual formatda keçirmək qərarına gəliblər. Bu barədə “Variety” xəbər yayıb. Bundan başqa ənənəvi olaraq fevral ayında keçirilən film festivalının mart ayının əvvəlinə təxirə salınacağı bildirilir. O da əlavə edilib ki, 2021-ci ildə keçiriləcək Berlin Film Festivalında aktyorluq mükafatlarında cinsiyyət prinsipi ləğv olunub. İndi ən […]

İncəsənət

“Şokolad kimi” – Cəbiş müəllim Rəşid Behbudovun ikiqat yubileyi haqda

Növbəti buraxılışında Cəbiş müəllim əfsanəvi musiqiçimizin yaradıcılığının əsas mərhələlərindən, həmçinin musiqili komediya janrında ən uğurlu filmlərdən olan “Bəxtiyar” filmi haqda söhbət açır Bu il əfsanəvi müğənni Rəşid Behbudovun anadan olmasından 105, dahi sənətkarın baş rolda oynadığı “Bəxtiyar” filminin ekranlara çıxmasından 65 il keçir. Cəbiş müəllim böyük müğənninin həyat yoluna işıq salaraq, eyni zamanda unudulmaz “Bəxtiyar”ın […]

İncəsənət

“Qarabağ salnaməsi: işğaldan qələbəyədək” sənədli filmi hazırlanacaq

“Qarabağ salnaməsi: işğaldan qələbəyədək” sənədli filmi hazırlanacaq. Bu barədə dünən keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bildirilib. Bildirilib ki, həmçinin KİV-də və elmi jurnallarda işğaldan azad olmuş ərazilərin bərpası ilə bağlı maarifləndirmə işləri aparılacaq.

İncəsənət

Xalq artistinin Şuşadakı evinin görüntüləri – VİDEO

Xalq artisti, Dövlət mükafatı laureatı, dirijor, ictimai xadim, Süleyman Ələsgərova həsr olunmuş videoçarxı nümayiş etdirilib. Görüntülərdə bəstəkarın Şuşadakı evinin videogörüntüləri, həyat və yaradıcılığını əks etdirən fotolar yer alıb. S.Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olub. 1943-cü ildə Respublika Radio Verilişləri […]

İncəsənət

Film çəkilişləri üçün kəskin arıqlayan Corc Kluni təcili xəstəxanaya yerləşdirilib – VİDEO

Amerikalı aktyor Corc Kluni rejissoru olduğu “The Midnight Sky” filminin çəkilişləri üçün təcili olaraq arıqladıqdan sonra xəstəxanaya düşüb. Bu barədə “The Mirror” xəbər yayıb. Nəşrin yazdığına görə, film üçün işə başlamazdan dörd gün əvvəl Kluni kəskin qarın ağrısı ilə təcili xəstəxanaya yerləşdirilib. Həkimlər aktyora pankreatit diaqnozu qoyublar və o, bir neçə gün xəstəxanada qalmalı olub. […]

İncəsənət

92 yaşlı türkiyəli aktyor koronavirusa qalib gəldi

Koronavirusa yoluxan Türkiyənin tanınmış aktyoru Haldun Dormen səhhəti barədə sosial şəbəkə hesabında paylaşım edib. 92 yaşlı aktyor vəziyyətinin yaxşı olduğunu vurğulayıb: “Artıq əvvəlki vəziyyətimə qayıdıram. Zəng vuran, soruşan hər kəsə təşəkkür edirəm”. Qeyd edək ki, bir neçə gün əvvəl aktyorun koronavirus testi pozitiv çıxıb.

İncəsənət

Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb

Hollivud aktyoru Tom Kruz “Mission: Impossible” franşizasının son hissələrindən birində çəkiliş aparmaq üçün kosmosa uçmağı planlaşdırır. Bu barədə “The Sun” öz mənbəsinə istinadla xəbər yayıb. Aktyorun planının icrası üçün külli miqdarda pul xərcləməyə hazır olduğu və bu barədə artıq NASA nümayəndələri ilə danışıqlar apardığı qeyd olunur. Onlar da öz növbəsində Kruzu bu missiyanın olduqca mümkün olduğuna […]

İncəsənət

Tanınmış aktrisa VƏFAT ETDİ

Rusiyalı aktrisa Nina Akimova vəfat edib. XəbərAl.az xəbər verir ki, 75 yaşlı sənətçinin ölüm səbəbi hələlik açıqlanmayıb. REN TV-nin məlumatına görə, aktrisa daha əvvəl bədənində, gözünün ətrafında şişlər və qançırlarla xəstəxanaya yerləşdirilmişdi. O, hospitalda qalmağa etiraz etmiş, teatra getməyə üstünlük vermişdi. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Nina Akimova 1983-cü ildən Rusiya Teatr Sənəti […]

İncəsənət

Əməkdar rəssam Rafael Abbasov vəfat edib

Əməkdar rəssam Rafael Abbasov vəfat edib. Bu barədə rəssamın oğlu Rəşad Abbasov məlumat verib. O, atasının ürək xəstəliyindən əziyyət çəkdiyini, bu gün günorta saatlarında vəfat etdiyini bildirib. Rəssam bu gün, Maştağa qəsəbə qəbiristanlığında dəfn olunacaq. Rafael Abbas oğlu Abbasov 1943-cü ildə Bakıda anadan olub. 1960 -1965-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1968 -1974-cü illərdə […]