İncəsənət

“Black Mirror”un yaradıcısı 2020-ci il barədə film hazırlayır – FOTO/VİDEO

Müasir texnologiyalardan bəhs edən “Black Mirror” elmi fantastika serialının şouranneri Çarli Bruker 2020-ci il barədə mokumentari janrında (Sənədli film üslubunda bədii film) film çəkəcək. “Vulture”un məlumatına görə, bu barədə filmdə rol alan məşhur aktyor Hyu Qrant bildirib. O, Brukerin ssenarisi əsasında başlayan çəkilişlərdə 2020-ci il barədə sualları cavablandıran tarixçi rolunu oynayacaq. “Mən orada kifayət qədər […]

İncəsənət

“Dərdimi çəkirəm”: Beynəlxalq arenaya çıxan ilk Xocalı filminin rejissoru ilə VİDEOMÜSAHİBƏ

Görkəmli kinorejissor, Xalq artisti Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən “Dərdimi çəkirəm” filmi beynəlxalq festivalda nümayiş olunub. Baku TV xəbər verir ki, filmin İranın ən nüfuzlu “Resistance” Beynəlxalq Film Festivalında iştirakını Azərbaycanın informasiya savaşındakı davamlı uğuru kimi qiymətləndirmək olar. Xocalı faciəsinin ağrı-acılarını, erməni vəhşiliyinin miqyasını özündə əks etdirən əsərin dünya ölkələrinə aid filmlərlə birgə nümayişi təbliğat baxımından […]

İncəsənət

Xalq artisti vəfat etdi

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib. Bu barədə  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. O, Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: “Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi”. Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi […]

İncəsənət

Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən filmi ilk dəfə beynəlxalq festivalda

Kinorejissor Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən “Dərdimi çəkirəm” filmi 16-cı Tehran Beynəlxalq Film Festivalının əsas müsabiqəsində iştirak edir. Filmin bu festivalda iştirakını Azərbaycanın informasiya savaşındakı ardıcıl uğurlarının məntiqi davamı kimi qiymətləndirmək olar. Xocalı faciəsinin ağrı-acılarını, erməni vəhşiliyinin miqyasını özündə ehtiva edən sənət əsərinin dünya ölkələrinə aid filmlərlə birgə nümayişi, təbliğat baxımından olduqca əhəmiyyətlidir. İlk […]

İncəsənət

“Qurdlar Vadisi”nin aktyoru vəfat etdi

Türkiyənin teatr, serial və film aktyoru Devrim Parscan vəfat edib. Bu barədə “Haber Global” məlumat yayıb. “Qurdlar Vadisi”, “Bizim Ailə”, “Çiçək Taksi” və “Qurtuluş” kimi 100-ə yaxın serial və kino layihəsində rol alan Devrim Parscan 83 yaşında ölüb. Onun qocalıqla əlaqəli xəstəliklər səbəbindən vəfat etdiyi bildirilir.

İncəsənət

“Varlılar da ağlayır” serialında rol alan meksikalı aktrisa Maleni Morales vəfat edib

“Vəhşi Gül”, “Varlılar da ağlayır” seriallarında rol alan meksikalı aktrisa Maleni Morales vəfat edib. Xəbəral.az xəbər verir ki, bu barədə Meksika Aktyorları Milli Assosiasiyasının “Twitter” hesabında məlumat verilib. “Milli Aktyorlar Birliyi olaraq, bu gün dünyasını dəyişən həmkarımız, Milli Assosiasiya üzvü Maleni Moralesin vəfatından təəssüflənirik. Onun həyat yoldaşı Otto Sirqoya, onun ailəsinə və dostlarına başsağlığı veririk”, […]

İncəsənət

Azərbaycanlı rejissorun filmi Parisdə nümayiş olunur

Parisdə “Cinematheque” kinoteatrında Kann festivalının 59-cu “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmləri arasında yer alan azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” qısametrajlı ekran əsərinin təqdimatı olub. Xəbəral.az xəbər verir ki, azərbaycanlı rejissorun filmi fransız kinosevərlər tərəfindən maraqla qarşılanıb. “Semaine de la Critique 2020” etiketindən faydalanmaq hüququ qazanan 10 qısametrajlı ekran əsərindən nümayiş […]

İncəsənət

Öləndən sonra gizli məktubu çıxan sənətkarımız Eldəniz Zeynalov – FOTO

Aktyor, Xalq artisti Eldəniz Zeynalovun ölümündən 19 il keçib. 1936-cı il dekabrın 31-dən 1937-ci ilin yanvarın 1-nə keçən gecə Bakının Yuxarı Dağlı küçəsində hərbçi Məmmədlə Zeynəbin ailəsində doğulub. Adını ailənin qonşuluğunda yaşayan şair Səməd Vurğun qoyub: “Aybənizimiz, Gülbənizimiz var, qoy onun da adı Eldəniz olsun”. Eldəniz Zeynalov dayısının sənətini seçir. Dayısı Azərbaycanın tanınmış aktyoru Həsənağa […]