İncəsənət

Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır — VİDEO

Xalq rəssamı Xanlar Əhmədov Azərbaycanın görkəmli ictimai xadimi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin heykəlini hazırlayıb.  X.Əhmədov Baku TV-yə bildirib ki, bu işə böyük həvəslə başlayıb və yaratdığı obraz haqda çox araşdırma aparıb.  Xalq rəssamı heykəlin qoyulacağı ünvanın H.Z.Tağıyev obrazı ilə uzlaşdığını bildirib.  Qeyd edək ki, H.Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən […]

İncəsənət

Kəmaləddin Heydərovun qardaşı oğlu Rəmişin müalicə xərclərini üzərinə götürdü — FOTO

Məşhur gitara ustası, Xalq artisti Rafiq Hüseynovun ( Rəmiş) səhhətindəki problemlər səngimək bilmir. XəbərAl.az xəbər verir ki, hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən sənətkarı ziyarət edənlər arasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qardaşı oğlu Sahib Heydərov də olub. O, ötən gün həyat yoldaşı ilə birlikdə Rəmişin evinə gedərək, onun səhhəti ilə maraqlanıb. Sahib Heydərov […]

İncəsənət

Nigar Camalla Aygün Bəylər şəhidlər üçün bir araya gəldi – Video

“Eurovision 2011″ qalibimiz  Nigar Camal və Əməkdar artist Aygün Bəylər yenidən bir araya gəliblər. XəbərAl.az xəbər verir ki, artıq ikinci dəfədir duet oxuyan sənətçilər bu dəfə şəhidlər üçün bir araya gəliblər. Onların ifa etdiyi “Şəhidlər” adlı mahnının  musiqisi İsmayıl Əsədov, sözləri Zəminə Xınalıya məxsusdur. Klipdə Vətən müharibəsinin və şəhidlərimizin görüntüləri yer alıb. Nigar Camal sosial şəbəkə […]

İncəsənət

“Orda oturublar ki, ciblərini doldursunlar” – Kamrandan sərt açıqlama

“Bütün bunlara səbəb isə kanal rəhbərlərinin özlərinin peşəkar olmamasıdır. Onların heç biri peşəkar deyil və ancaq orda oturublar ki, ciblərini doldursunlar” XəbərAl.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aparıcı, aktyor Kamran Həsənli deyib. Onun sözlərinə görə televiziyada veriliş aparan adamların əksəriyyəti rəhbərliyə aylıq pul verir: “Televiziyalarımızda son on ildə elə bir ənənə yaranıb ki, kim […]

İncəsənət

Azərbaycanın tanınmış rejissoru vəfat etdi – Foto

Görkəmli azərbaycanlı sənədli film rejissoru Nazim Rza İsrafiloğlu 80 yaşında vəfat edib.  XəbərAl.az bildirir ki, Nazim Rza İsrafiloğlu Gəncə şəhərinin ziyalı ailələrindən birində anadan olub. Atasının babası Rza Əsədullayev Gəncə bölgəsində tanınmış bir xeyriyyəçi, ana babası Mirzə Məhəmməd Axundzadə isə ilk nizamişünas, Difai Partiyası Gəncə şöbəsinin katibi olub. 1945-ci ildə ailə Nazim Rzayevin orta məktəbdə oxuduğu […]

İncəsənət

“Bu təhsillə sənətkar yetişdirmək mümkün deyil“ – Mələkxanım Əyyubova

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Nazirlər Kabinetinin qərarına görə xüsusi karantin rejimi dövründə tədrisin distant formada təşkilinin müddəti də uzadılıb. Bununla da distant təhsil müddətinin uzadılması sosial şəbəkələrdə yenidən müzakirə mövzusuna çevrilib. Bunun təhsilin keyfiyyətinə mənfi təsir etdiyi barədə fikirlər […]

İncəsənət

Rəmişin vəziyyəti necədir? — AÇIQLAMA

“Allaha şükür, Rəmiş özünü normal hiss edir. Düzdür, bir az narahatlığı var. O da ki normal haldır. Rəmişin 77 yaşı var”. Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rəmişin həyat yoldaşı Gülü xanım deyib. O bildirib ki, sənətçinin vəziyyəti hazırda qənaətbəxşdir: “Xəstəxanaya yerləşdirilməyib, evdədir. Çox yorulanda uzanır, amma arada hərəkət də edir. Vəziyyəti elə də ağır […]

İncəsənət

“7 ildi məni heç bir filmə çəkmirlər“ – Arif Quliyev

“Çəkilən filmlərdə komediya obrazı olmadığı üçün məni dəvət etmirlər. Bir-iki serialda çəkildim, indi o da yoxdur. 2014-cü ildə sonuncu dəfə dövlət tərəfindən lentə alınan “Axırıncı dayanacaq” filmində çəkilmişəm. Özəl filmlərdə də olmuşam. Amma onlar da çox yaşamır”. XəbərAl.az xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev “Həmin Zaur” proqramında deyib. Aktyor 7 ildir heç […]

İncəsənət

Bəstəkar Nailə Mirməmmədli vəfat etdi – VİDEO

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli vəfat edib.  59 yaşlı bəstəkar bu gün dünyasını dəyişib. Onun ölüm xəbərini Bakı Dövlət Universitetindən təsdiqləyiblər.  Qeyd edək ki, N.Mirməmmədli ötən ilin fevralın 19-da BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinə direktor təyin olunmuşdu. Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır.