İdman

Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaqlar

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaqlar. Oxu.Az-ın məlumatına görə, yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş tutacaq. İlk olaraq “Qəbələ” və “Zirə” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb – 2:1. İkinci finalçının adına Azərbaycan derbisində aydınlıq gələcək. “Qarabağ” – “Neftçi” oyunu saat […]

İdman

İtaliya Kuboku: “Yuventus” uduzsa da, finala çıxdı – VİDEO

İtaliya kubokunun yarımfinal cavab matçında “Latsio” “Yuventus”la üz-üzə gəlib. Romada baş tutan görüş meydan sahiblərinin xeyrinə başa çatsa da, finala qonaqlar vəsiqə qazanıblar. Matçın 12-ci dəqiqəsində “Latsio” Valentin Kastelanosun səyi ilə önə keçib. 49-cu dəqiqədə o, dubla imza atıb. Lakin 83-cü dəqiqədə Milik “qoca sinyora”nı finala çıxaran topu vurub – 2:1 (2:3). Xatırladaq ki, aprelin […]

İdman

“Arsenal” “Çelsi”ni topa tutdu, liderliyə yüksəldi – VİDEO

İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində “Arsenal” “Çelsi”ni qəbul edib. London derbisində “topçular” “zadəganlar”ı meydana çıxmağa peşman ediblər. “Emireyts”dəki oyun ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın qəhrəmanlarından olan Haverts və Uayt dublla yadda qalıblar. Bu nəticədən sonra “Arsenal” turnir cədvəlində liderliyə yüksəlib. 77 xala malik komandanı 3 xal fərqlə bir oyun az keçirən […]

İdman

İsfahanın “Traktor” klubu cərimələndi – SƏBƏB

İranda “Sepahan” komandası ilə görüşdən sonra İsfahanın “Traktor” klubu cərimələnib. Bu barədə İran Futbol Federasiyasının İntizam Komitəsi elan edib. Bildirilib ki, qərara səbəb “Traktor” klubunun oyuna biletləri pulsuz etməsidir. Bu “oyun qaydalarının pozulması və tamaşaçı tutumundan artıq pulsuz biletlərin elan edilməsi” kimi qiymətləndirilib və klub 1 milyard rial (təxminən 40,5 min manat manat) məbləğində cərimələnib. O […]

İdman

Çamiso – Bayramov görüşündə səhv edən hakimlər cəzalandırıldılar

UWW İntizam Komitəsi Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində Turan Bayramovla Frank Çamizo (İtaliya) görüşü ilə bağlı qərarını açıqlayıb. Oxu.Az xəbər verir ki, 74 kq-da mübarizə aparan yığmamızın sərbəst güləşçisinin yarımfinal görüşündəki qələbəsi bir daha təsdiqlənib. Qərarda Beynəlxalq Güləş Qaydalarının 53-cü maddəsinə görə, xalçada qalib elan edildikdən sonra heç bir halda nəticənin dəyişmədiyi […]

İdman

PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir

Fransanın PSJ klubu bu yay “Barselona”nın 16 yaşlı vingeri Lamin Yamalı almaq niyyətini dəyişməyib və onun üçün 200 milyon avro ödəməyə hazırdır. Məlumata görə, Yamal Fransa nəhənginin qarşıdan gələn transfer pəncərəsi üçün əsas prioritet hədəfləri siyahısındadır. PSJ Yamalı mövsümün sonunda klubu tərk edəcək hücumçu Kilian Mbappenin əvəzedicisi kimi görür. Xatırladaq ki, Yamal “Barselona”nın məzunudur. Bu […]

İdman

Çalhanoğlu “İnter”in prezidentinə: “Bir fincan qəhvə Tyuram və məndən bahadır”

“İnter”in hücumameyilli yarımmüdafiəçisi Hakan Çalhanoğlu, eləcə də “neradzurri”nin hücumçusu Markus Tyuram sosial şəbəkələrdə Milan klubunun prezidenti Stiven Çjanla canlı yayımda hansı qiymətə alındıqları barədə ironik şəkildə danışaraq gülüblər. Tyuram: “Cənab Prezident, bizi sıfır avroya aldınız!” Çalhanoğlu: “Bir fincan qəhvə Tyuramla məndən bahadır”. Tyuram: “Hədiyyəmizi almalıyıq”. Çjan: “Bu canlı yayımın səhv olduğunu bilirdim”. Xatırladaq ki, Çalhanoğlu […]

İdman

Avro-2024: Gürcüstan futbolçularına nə qədər pul veriləcək?

Gürcüstanın “Kartu” xeyriyyə fondu Avropa çempionatının pley-off mərhələsinə yüksələcəyi təqdirdə ölkənin futbol komandasına 30 milyon lari (təxminən 11,2 dollar) məbləğində mükafat verəcək. Bu barədə fondun bəyanatında deyilir. Bildirilir ki, milli komanda Avropa çempionatına vəsiqə qazanmaqla Gürcüstandakı azarkeşlərə böyük sevinc bəxş edib. Əlavə motivasiya üçün komanda qrupdan çıxacağı təqdirdə 30 milyon lari, pley-offdakı hər növbəti qələbəyə […]

İdman

“Azərreyl”in baş məşqçisi: “Qazandığımız çempionluq kubokunu bütün dünya uşaqlarına həsr edirik”

“Qazandığımız çempionluq kubokunu bütün dünya uşaqlarına həsr edirik”. “Report”un məlumatına görə, bunu qadın voleybolçulardan ibarət “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşme “Abşeron”a 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan çempionatının final oyunundan sonra deyib. Türkiyəli mütəxəssis qalib gəlməyin gözəl hiss olduğunu bildirib: “Qələbə qazanmaqdan başqa, əsas məqsədimiz yaxşı oyun göstərmək idi. Şükürlər olsun ki, hər ikisi bizdə […]

İdman

“İnter”dən YENİ TRANSFER: İranlı futbolçunu heyətinə qatdı

“İnter” mövsümlərarası fasilədə iranlı futbolçu Mehdi Taremini heyətinə qatacaq. Bunu klubun idman direktoru Pyero Ausilio bildirib. “Biz demək olar ki, əməliyyatı tamamladıq. Mehdi Taremi “Portu”dan azad agent kimi bizə qoşulacaq”, – funksioner deyib. Qeyd edək ki, bir gün əvvəl “İnter” “Milan”ı məğlub edərək, vaxtından əvvəl Skudettoya sahib çıxıb. Bu titul klubun tarixində 20-ci analoji titul […]