Hadisə

Abşeronda güclü partlayış: Xəsarət alanlar var -VİDEO

Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan ikimərtəbəli binada (ofis və s. təyinatlı) yanğınla nəticələnən partlayış baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğın nəticəsində binanın fasad üzlüyü (alkopan və penoplast) 30 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən binanın konstruksiyaları dağılıb, yaxınlıqda dayanan minik avtomobillərinə ziyan dəyib. Yanğın bölmələri hadisə yerinə çatanadək iki […]

Hadisə

Bakıda “Porsche” yandı

Bakı şəhərinin Binəqədi rayonunda “Porsche” markalı minik avtomobilinin salonu yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə

Azərbaycanlı iş adamı Almaniyada azadlıqdan məhrum edildi

Almaniyada meşə təsərrüfatına ziyan verməkdə ittiham olunan azərbaycanlı iş adamının son məhkəmə prosesi keçirilib. Xəbəral.az report-a istinadən xəbər verir ki, Koblenz Şəhər İdarə Məhkəməsində baş tutan iclasda hakim Azərbaycan əsilli, Rusiya vətəndaşı Afiq Qəhrəmanov barəsində 2 il azadlıqdan məhrumetmə və 80 min avro pul cəriməsi ilə bağlı qərarı elan edib. Məlumat üçün bildirək ki, bu ilin […]

Hadisə

Azərbaycanda ümumilikdə 2,5 min nəfər minadan zərər çəkib

Artıq 5-ci ildir ki, minaların və müharibənin partlayıcı qalıqlarından zərər çəkənlərin sayı artmaqdadır və bu dövrdə 5554 nəfər zərər çəkən qeydə alınıb. İtkilərin böyük əksəriyyətini (80%) hələ də mülki şəxslər təşkil edir, bunun da təxminən yarısı 43% uşaqlardır. Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib. O bildirib ki, bununla bağlı Piyadalar […]

Hadisə

Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 94 mülki şəxs qətlə yetirilib, 414 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 512, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 410-dir.  

Hadisə

Bu əşyaların poçtla göndərilməsi qadağan olunur — SİYAHI

Azərbaycan Nazirlər Kabineti poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısına dəyişiklik edib. Qərara əsasən, radioaktiv maddələr; narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat; narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar; əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar; odlu silah və onun döyüş sursatlarının beynəlxalq […]

Hadisə

ANAMA-nın əməkdaşı işğaldan azad edilmiş rayonda minaya düşdü – RƏSMİ

Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.Baş Prokurorluqdan verilən məlumata görə, bu gün saat 19.00 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə […]

Hadisə

Kürdəmirdə qəza: üç ölü, bir yaralı

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib. Xəbəral.az-ın xəbərinə görə, hadisə Kürdəmir-Zərdab yolunun Kürdəmir rayonunun Köhünlü kəndindən kecən hissəsində qeydə alınıb. “Hyundai” markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə Ağdam rayon sakinləri – 53 yaşlı Rabil Rəhbər oğlu İsmayılov, 67 yaşlı Ayulduz Qubat qızı Hümbətova və Zərdab rayon […]

Hadisə

“Nədir bu banklardan çəkdiyimiz?” – GİLEY

 “Şikayətim “Turan Bank” və “Azərikart”dandır. 10.10.2020 ci il tarixəndə 14.68 qəpik dəyərində bankomatdan nömrəmə balans artırdım”. Xəbəral.az Dia.az-a istinadən bildirir ki, bu barədə Aytən Carçıyeva sosial şəbəkələrdə narazılığını ifadə edib. Daha sonra narazı vətəndaş yazır: “Kartdan məbləğ silinsə də vəsait hesaba oturmadı.Bankla əlaqə saxladıqda bildirdilər ki,1ay sonra müraciət edin.11.11.2020 tarixdə əlaqə saxlayanda isə bank problemi […]

Hadisə

Fəxrəddin Abbasov həbsxanada intihar etdi

Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib. Xəbəral.az xəbər verir ki, onun saxlandığı Qobustan həbsxanasında intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanılıb. F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqədə ittiham olunaraq, 16 il müddətinə azadlıqdan məhrum edilib. F.Abbasov 2019-cu ilin fevralında Rusiyada […]