Hadisə

Azərbaycanda hava limanında vəzifəli şəxslər arasında dava — YENİLƏNİB

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olmasına münasibət bildirib. Mətbuat katibi Paşa Kəsəmənski “Report”a açıqlamasında vəzifəli əməkdaşlar əlbəyaxa deyil, söz davasına çıxdığını deyib. 17:17Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub. XəbərAl.az xəbər verir ki, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan […]

Hadisə

Bakıda özünü əlil kimi təqdim edərək yandırmaq istəyən şəxs Qarabağ qaziləri tərəfindən döyüldü — VİDEO

Bu gün Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində özünü Qarabağ əlili kimi təqdim edərək yandırmağa cəhd edən Məhəmmədəli Hacıyevin qazi olmadığı ortaya çıxıb. XəbərAl.az xəbər verir ki, Məhəmmədəli Hacıyev özünü Qarabağ əlili kimi təqdim etdiyinə görə bir müddət öncə Qarabağ qaziləri tərəfindən də döyülüb. Həmin vaxtı Məhəmmədəli Hacıyevin döyülməsi görüntüləri sosial şəbəkələrdə də yayılıb.  XəbərAl.az həmin görüntüləri […]

Hadisə

Bakı metrosunda eskalator dəfələrlə dayandırıldı

Bu gün səhər saatlarında “Bakı Metropoliteni”nin “Şah İsmayıl Xətai” stansiyasındakı eskalatorların birində nasazlıq yaranıb. Şahidlər “Report”a bildirib ki, hərəkətdə olan eskalatorun qəfildən dayanması sərnişinlərin həyatı üçün təhlükə yaradıb. Bu zaman eskalatorda olan polislər bələdçilərə xəbərdarlıq edərək eskalatorun işlək vəziyyətə gətirilməməsini tələb ediblər. Xəbərdarlığa baxmayaraq, eskalator yenidən işlək vəziyyətə gətirilib və təkrar dayandırılıb. Polisin xəbərdarlığı və […]

Hadisə

İttiham aktı: Sabiq nazir müavini 1 milyon 800 min manat rüşvət alıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. XəbərAl.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxs ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb. Daha sonra R.Bayramov elan olunmuş ittihamlarla özünü qismən […]

Hadisə

Bakıda metronun qarşısında dəhşətli hadisə — VİDEO

Bakıda qadın həyat yoldaşını və özünü bıçaqlayıb. XəbərAl.az Xəzər TV-yə istinadən xəbər verir ki, “Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı əri, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib. Hadisə şahidlərinin sözlərinə görə, tərəflər arasında avtomobildə baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib. Hər iki […]

Hadisə

Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü

Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib. XəbərAl.az xəbər verir ki, 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasinin avtomobilini işə salaraq arxaya hərəkət etdirib. Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda […]

Hadisə

Kəlbəcərdə hərbi yük maşınımız minaya düşdü – Fotolar

Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan Müdafiə Nazirliyinin hərbi yük maşını Azərbaycan postları istiqamətində təchizat yolunu izləyərkən minaya düşüb. “XəbərAl.az” xəbər verir ki, bu haqda Haqqın.az məlumat yayıb. Qeyd edilir ki, Azərbaycan hərbçiləri itki verib, yaralılar var. Azərbaycan komandanlığı əvvəlcə minanın keçənilki döyüş əməliyyatları zamanı qoyulduğunu güman edib. Lakin Ermənistan Baş nazirinin bugünkü rəsmi […]

Hadisə

Polis ad günündə qəzaya düşərək öldü — FOTO

Bakıda maşını divara çırparaq qəzaya düşən şəxsin polis əməkdaşı olduğu məlum olub. XəbərAl.az xəbər verir ki, mayın 24-də Qaradağ rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşı Elşad Vahidov idarə etdiyi “Renault” markalı minik avtomobilini divara çırpıb. Nəticədə sükanın sinəsinə sıxılması nəticəsində ciyərləri zədələnərək hadisə yerində vəfat edib. Məlumata görə, həmin gün E.Vahidovun doğum günü imiş və […]

Hadisə

Sərhəddə təxribat törədən ermənilərin bir hissəsi qaçıb – Rəsmi Bakı

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın sərhəddə təxribat törətməsi ilə bağlı açıqlama yayıb. “XəbərAl.az” xəbər verir ki, məlumatda deyilir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və  yolların […]

Hadisə

DİN-dən Təbriz Gülalıyevin düşdüyü qəza ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyevin dünən düşdüyü qəza ilə bağlı açıqlama verib. XəbərAl.az-ın xəbərinə görə, DİN Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, hadisə mayın 25-də axşam saat 18 radələrində qeydə alınıb: “Vətəndaş Təbriz Gülalıyev idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Sabunçu rayonunun Zabrat qəsəbəsi istiqamətində hərəkətdə […]