Hadisə

Yasamal icra başçısının yaxın qohumu “Əjdaha Rauf” vətəndaşları dövlətə qarşı qaldırır ? – AKSİYA- Foto+ Video

Xəbəral.az xəbər verir ki, Bu gün Yasamal rayonu ərazisində uzun illərdir inşa edilən və mənzilləri sahiblərinə təhvil verilməyən binanın sakinləri etiraz aksiyası keçirdi. Mənzil sahibləri pullarını əvvəlcədən binanı tikən MTK-nın müvafiq kassasına ödəsələr də nə bina tikilib-təhvil verilir, nə də pullar geri ödənilir. Etiraz aksiyasının iştirakçılarının dediklərinə görə MTK-nın sahibi Rauf Əliyev Yasamal rayon İcra […]

Hadisə

Sumqayıtın zülmət içində olan GÜNDÜZÜ: Şəhəri barmağına dolayıb

Sumqayıtda qəribə vəziyyət yaranıb. Qəribəliyə səbəb ölkənin üçüncü böyük şəhərinin kim tərəfindən idarə olunması ilə bağlıdır.Məsələ belədir ki, hal hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı rəsmi olaraq Zakir Fərəcovdur. Lakin onun səhhətində son zamanlar yaranmış problem səbəbindən davamlı olaraq, işə gedib-gələ bilmədiyi deyilir. İddalara görə, Fərəcov xeyli müddətdir xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq, Almaniya […]

Hadisə

“Olympus Park” tikinti şirkəti Hacı İbrahim Nehrəmliyə “atıb”

“Olympus Park” tikinti şirkəti ilə iş adamı Hacı İbrahim Nehrəmli arasındakı borc davası artıq mətbuata çıxıb. Bu barədə demokrat.az-a Hacı İbrahim Nehrəmli danışıb. O bildirib ki, iş adamı Rəfael Qarayev onu aldadaraq külli miqdarda pul “atıb”. Maraqlıdır ki, bir neçə gündür bu haqda mediada davamlı məlumatlar dolaşır. Bu məlumatların həmin media orqanlarına Hacı İbrahim Nehrəmli […]

Hadisə

Əfqan Nağıyevin həbsdə olan qardaşı ilə bağlı yeni qərar

Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyevin həbsdə olan qardaşı Elxan Nağıyevin cəza müddəti uzadılıb.Xəbəral.az “qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsi onun barəsində yeni hökm çıxarıb. Hökmə əsasən, E.Nağıyev 9 il müddətə azadlıqdan məhrum edilib.Xatırladaq ki, Elxan Nağıyev özü də DSX-də vəzifəli şəxs olub. İttihama görə, polkovnik-leytenant E.Nağıyev “Sərhədçi” İdman Kompleksinin rəis […]

Hadisə

Aztv – nin canlı efirində 20 YANVAR biabırçılığı-Video

Xəbəral.az xəbər verir ki, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanından Aztv-nin müxbiri canlı bağlantı edib.Canlı yayım da bir neçə dəfə “beynəlxalq hüzn günü” deyərək özünü gülməli vəziyyətə salıb. Fikrini doğru – düzgün çatdırmağı bacarmayan müxbir xanım ” əstəğfürullah ” və digər ifadələrdən də istifadə edib. Azərbaycan Dövlət Televiziyanın belə bir gündə peşəkar […]

Hadisə

Dünən açılışı olan Tağıyevin heykəli zədələndi – FOTO

Hacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi araşdırılır. Xəbəral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.Qeyd edək ki, sosial şəbəkələrdə Hacı Zeynalabdin Tağıyevin ötən gün açılışı olan heykəlinin zədələndiyini əks etdirən görüntülər paylaşılıb. Görüntülərdə Tağıyevin əlindəki təsbehin sınaraq yerə düşdüyü əksini tapıb. Xəbəral.az

Hadisə

Prokurorluqdan gəncin minaya düşməsi ilə bağlı AÇIQLAMA

Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Goranboy Rayon Prokurorluğundan bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd […]

Hadisə

Hacı Məhərrəm kürəkənini xilas etmək üçün dəridən-qabıqdan çıxıb

Bu ilin iyununda Novxanı bağlar massivində 4 nəfərin ölümünə səbəb olan yol qəzasıyla bağlı məhkəmə araşdırmaları başlayır. Söhbət Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğlu, kompleksin satış müdiri olmuş Elşad Kəlbəliyevdən gedir. Elşad Kəlbəliyevin haqqında cinayət işinin istintaqı yekunlaşıb. İşi Bakı Ağır Cinayətlər Məhkəməsində  İlham […]

Hadisə

BŞİH Aparat rəhbərinin 2 milyonluq mənzili – Qazancın görünməyən tərəfləri…

Jurnalist-araşdırmaçı Fərid Abdinov Bakı şəhər icra hakimiyyətinin aparat rəhbəri Elgin Həbibullayev haqqında paylaşım edib. Xəbəral.az-ın xəbərinə görə, paylaşımda qeyd olunur ki, Elgün Həbibullayevin tək Panda Kids’i və mənzilinin dəyəri 2 milyon manatdan çoxdur: “Elgün Həbibullayev Bakı şəhər icra hakimiyyətinin aparat rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl də hazırda Bakı meri olan Eldar Əzizovun komandasında Gəncə və […]

Hadisə

Ziya Məmmədovun oğlu xanımına ad günü keçirdi – Video

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, tanınmış iş adamı Anar Məmmədovun həyat yoldaşı Fəridə Məmmədovanın doğum günü olub. Xəbəral.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, tədbir İstanbulda yerləşən məkanların birində baş tutub. Məclisdə Türkiyənin tanınmış sənətçiləri Alişan, Demet Akalın, Simge iştirak ediblər. Qeyd edək ki, F.Məmmədova sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qızıdır.  Videonu buradan izləyə bilərsiniz Xəbəral.az